Metal
|
Cu
|
Zn
|
Pb
|
Sn
|
Ilkin Cu
|
98
|
12 ... 15
|
60 - 65
|
60 - 70
|
Uçan toz
|
0.2 ... 0.4
|
45 ... 55
|
15 - 20
|
2 – 4
|
Posa
|
1.5 ... 2.0
|
30
|
15 - 20
|
25 - 30
|
Ilkin misin konvertor sobasında oksidləşdirilməsi 1350oC– də aparılır. Metalın mis olan qarışıqları oksidləşir.
Me + O2 = MeO
Konvertor prosesdə metalların əksəriyyəti məsələn: Zn uçur, digər hissəsi oksidləşir. Məsələn: Fe, Sn, Pb sobaya keçir, sobada həll olur, bir hissəsi yenədə Cu-da qalır. Konvertor sobalarının tutumu sənayedə 40–60 ton təşkil edir.
Cu tullantılarının təkrar emalının effektli üsullarından biri də ondan Cu ərintilərinin alınmasıdır. Adətən bunun üçün konvertor sobalarından çıxan ilkin Cu – dan istifadə edilir. Onda müəyyən qədər Pb, Sn, Zn olur və çatışmayan hissə əlavə olunur. Bu məqsədlə stabil tərkibli qırıntılardan istifadə olunur. Cu – un hidrotermal təkrar emalı az istifadə olunur və əsasən tozşəkilli tullantılardan istifadə edilir. Bura həmçinin III-cü növ tullantılar da daxildir. Belə tullantıların həll edilməsi üçün müxtəlif variantlardan istifadə edilir. Məsələn: oksidləşdirici mühitdə H2SO4 və NH3 – ün təsiri ilə elektrokimyəvi yolla həll edilməsidir.
Cu + H2SO4 + [O] = CuSO4 + H2O
Cu + NH3 + H2O + [O] = [Cu (NH3)4] + O
Burada əvvəlcə Cu tullantısı əridilərək anod yaradılır, sonra zəif H2SO4 mühitində elektrik cərəyanın köməyi ilə oksidləşdirilir. Yaranmış məhluldan Cu-u sementasiya yolu ilə Fe və ya elektrolizə ayrılır.
Dostları ilə paylaş: |