«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Mövzu 11: Daş-kömür və neftin alternativ əvəzlənməsi



Yüklə 0,58 Mb.
səhifə41/50
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#103141
1   ...   37   38   39   40   41   42   43   44   ...   50
Mövzu 11: Daş-kömür və neftin alternativ əvəzlənməsi

Alternativ əvəzləmə zamanı mineral ehtiyatın tükənmə sürəti, məmulatın ömrü və resilkulyasiya effektivliyi nəzərə alınır. Məsələn: e.i.i – nə görə maqnezium bir çox materialların alternativ əvəzləyicisi ola bilər. Həqiqətən, son zamanlar tərkibində maqnezium olan xəlitələrin istifadə sahələri genişlənir. Aviasiyada, maşınqayırma və qablaşdırıcılar istehsalında maqnezium geniş istifadə olunur. Son zamanlar plasmas materiallar alternativ əvəzləyici kimi daha geniş tətbiq edilir. O, bir çox metalları, konstruksiya materiallarını əvəz edir. Lakin, neftin ehtiyatdan istifadə indeksinin böyüklüyü (3.1% olması) bu məqsədlə neftin istifadəsinin sərfəli olması problem yaradır. əslində neft mühüm kimyəvi məhsulların istehsalı üçün daha sərfəli istifadə olunur. Məsələn: Avropada üzvi maddələrin 87%-i neftdən, 10%-i kömürdən, 3%–i isə digər mənbələrdən alınır. Göründüyü kimi, neftin kimyəvi xammal kimi istifadəsi daha genişdir. Lakin, neftin tükənmə səbəbi onun yanacaq kimi istifadəsidir. Ən çox energetikada, kimya sənayesi, qara və əlvan metallurgiyada yanacaq kimi istifadə olunur. Neftin belə geniş yanacaq kimi istifadə olunmasına alternativin tapılması bu günün problemidir. Bu məqsədlə daş kömürdən istifadə daha perspektivlidir. Daş kömürün e.i.i. (0.05%) neftlə müqayisədə çox kiçikdir. Onun ehtiyatının tükənmə ehtimalı azdır.

1950–ci ildən başlayaraq daş-kömür eyni zamanda üzvi maddələrin alınması üçün də istifadə olunurdu. Daş kömürün quru halda qovulması (təzyiq, temperatur) zamanı bir çox məhsullar alınır. Məsələn; koks qazları (əsasən CH4, H2 və CO), yüngül yağlar, daş kömür qətranı, ammonyak (əsasən NH3SO4 şəklində). Hər ton kömürdən 11 litrə qədər yüngül yağlar alınır. Yüngül yağların tərkibində (kömürdən asılı olaraq) müxtəlif üzvi maddələr olur. Məsələn: 23% benzol, 15% toulol, 4% orto, meta, para ksilol, 1-5% naftalin, 2.5-3% stirol, indol, parafin, naften karbohidrogenləri, tiofen və hidrogen sulfid olur. Yağlarda H2S əsasən merkaptonlar (R-S-R) şəklində olur. Kömürün quru halda qovulması əsasən CO, H2, CH4 qazlarının alınması ilə başlanır. Alınan qazlar müxtəlif katalizatorların iştirakı ilə polimerləşdirilir. Yəni, mürəkkəb karbohidrogenlər alınır, proses Lurdji adlanır.

70-ci illərdə Cənubi Afrikada ildə 250 min ton benzin, dizel yanacağı, həlledici kimyəvi məhsullar buraxan müəssisə işləməyə başlayıb. O məqsədlə bir milyon ton daş kömür kokslaşdırılmalı olub. Son zamanlar yanacaq kimi oduncaqlı materiallardan istifadə edilir. Məsələn: Braziliyada kənd təsərrüfatı tullantılarından hidroliz spirti alınır və yanacaq kimi işlənilir.

50-70-ci illərdə neft və daş kömürün qiymətləri bərabər olub. Bu səbəbdən də asan nəqledilə bilən texnoloji emalı ucuz başa gələn xam neftdən daha çox istifadə olunur. Lakin neftin qiymətinin artması onun qismən daş kömürlə əvəz olunmasına səbəb olub.

Beləliklə, alternativ əvəzləmə zamanı aşağıdakılar nəzərə alınır.

1. Alternativ əvəzləmədə keyfiyyət.

2. Materialın funksiyası.

3. Qiyməti.

4. Ehtiyatdan istifadə indeksinin kiçikliyi, yəni dünyada bolluğu.

5. İstehsalının ətraf mühitə təsiri mühüm əhəmiyyət kəsb edir.

Alternativ əvəzləməni təmin etmək üçün bir çox tədbirlər görülməlidir.



  1. Daş-kömürdən alınan benzinin istehsalına kömək.

  2. Texnologiyanın lazımi istifadə inkişafını təmin

etmək.

  1. Enerjini digər alternativ mənbələrdən almaq.

Məsələn: elektrik enerjisi, atom enerjisi, dəniz

enerjisi.



  1. Energetikada enerji payı çox olan atom energetikasının təkmilləşdirilməsinə kömək.

  2. Resilkulyasiya əmsalı aşağı olan elementlərin, məsələn: Cu, Pb, Zn, Sn və s. istifadəsinə sanksiyalar qoymaq.

  3. Onları digər elementlərlə əvəzləmənin yollarını tapmaq. Məsələn: bu vaxta kimi benzinə qatılan qurğuşunun tetraetil birləşməsi ehtiyatdan istifadə indeksində daha kiçik olan digər metal birləşmələri ilə və ya onlarsız istehsal edilməlidir. Məsələn: kənd təsərrüfatında istifadə edilən mis kuporusu dəmir kuporusu ilə əvəz edilir. Tərkibində sink olan piqmentlər titan, dəmir piqmentləri ilə əvəz edilməlidir.

  4. Ehtiyatdan istifadə indeksi böyük olan əlvan metallar alternativ əvəzlənməlidir. Məsələn; elektrik cihazlarında misi alüminiumla əvəz etmək olar.

  5. Dəmirin üzərinə çəkilən sink və qalay örtüklərini alüminium örtükləri ilə əvəz etmək.

  6. Zərgərlik əşyaları, qızıl və gümüş siiələri digərləri ilə əvəz olunur.

  7. Tərkibində maqnezium və alüminium olan xəlitələrin yaradılması və tətbiqinə yardım (dövlət tərəfindən).

Təbii ki, deyilənlər alternativ əvəzlənmənin həyata keçirilməsi problemlərini tam əhatə etmir. Məsələn: ehtiyatdan istifadə indeksi çox kiçik olan dəmir və alüminiumun konstruksiya materialları və digər materialların istehsalında payını artırmaq-gələcək problemlərdən biridir. Beləliklə, tullantısız və az tullantılı texnologiyanın istifadə etdiyi xammala münasibət ondan istifadə qaydaları haqqında məlumat toplanır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin