«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Mövzu 12: Utilizasiya qurğuları və onlardan istifadə üsulları



Yüklə 0,58 Mb.
səhifə42/50
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#103141
1   ...   38   39   40   41   42   43   44   45   ...   50
Mövzu 12: Utilizasiya qurğuları və onlardan istifadə üsulları

İkinci enerji ehtiyatlarından istifadə edərək enerji alan qurğulara utilizasiya qurğuları deyilir. Bunlar odluqlu və odluqsuz olur. Odluğu olan utilizasiya qurğuları yanar ikinci enerji ehtiyatı ilə işləyir. İkinci enerji ehtiyatı 2 istiqamətdə, 2 növdə işləyir ya bilavasitə enerjinin növünü dəyişmədən və ya növünü dəyişməklə istifadə olunur. İstifadə olunan qurğular da uyğun olaraq qruplara bölünür. Əsasən aşağıdakı qurğular seçilir.



  1. İşləmə prinsiplərinə görə.

  2. İstehsal etdikləri istilik daşıyıcısının növünə görə.

  3. İstifadə olunan ikinci enerji ehtiyatının növünə görə.

Ümumiyyətlə, utilizasiya qurğularının konstruksiyaları çox müxtəlifdir. Hal-hazırda 3 mindən çox utilizasiya qurğusu formaları ola bilər. Sənayedə ikinci enerji ehtiyatlarını utilizasiya etmək üçün aşağıdakı utilizasiya qurğularından istifadə olunur:

  1. Zərərli tullantıları yandırmaq üçün utilizasiya qurğuları.

  2. Texnoloji qurğuların buxarlandırılması ilə soyudulma sistemləri.

  3. Utilizasiya ekonomayzerləri (su qızdırıcıları).

  4. Adsorbsiya soyuducu utilizasiya qurğuları.

  5. Utilizasiya turbinləri (elektrik enerjisi olan).

Tüstü qazları ilə utilizasiya qurğusunun sxemi aşağıda verilib:



t = 200-2500 C

Su daxil olur

ətraf mühitin

temperaturu

Doymuş su bux.

Tüstü


qazları

400 C0

180-2000 C

Beləliklə, qurğuya tüstü 4000C-dən böyük temperaturla daxil olur, 200-2500C temperaturla çıxır. Çıxma temperaturu tüstünün sərbəst sorulmasını təmin edən temperatur kimi təyin edilir. Doymuş su buxarı adətən 180-2000C-yə qədər qızmış olur.

İkinci enerji ehtiyatının iqtisadi səmərəliliyi onun yaranma miqdarı, intensivliyi və enerji potensialıdır. Adətən ikinci enerji ehtiyatı hesablanarkən onun il, ay ərzində çıxımı müəyyənləşdirilir. Əgər qurğu, reaktor periodik işləyirsə, onda bir period, bir tsikl ərzində yaranan ikinci enerji ehtiyatı hesablana ola bilər. Bu aşağıdakı kimi hesablanır.



    1. düsturu məhsulun miqdarına görə, (2) düsturu zamana, dövrə görə hesablanır. Burada - İ.E.E–ın xüsusi çıxımıdır.

Adətən kq və ya m3 – la müəyyənləşdirilir. M – baxılan dövr ərzində İ.E.E – nın çıxımına aid edildiyi əsas məhsulun (xammalın, yanacağın) miqdarı; - İ.E.E – nın 1 saat ərzində çıxımı; T – baxılan dövr ərzində İ.E.E. mənbəyi qurğunun saatla işləmə müddətidir. Əksəriyyət hallarda yanar İ.E.E – nın mümkün istifadə olunması onların çıxımına bərabər olur. Ancaq bəzi hallarda İ.E.E. – nın itkisi nəticəsində (məs: təmizlənməsi zamanı) İ.E.E. – nın mümkün istifadə olunması onların çıxımına nisbətən zəruri itkilər qədər az olur.

Enerji daşıyıcıların formasının dəyişilməsi ilə istilik İ.E.E.– nın utilizasiya olduğu halda, İ.E.E. mümkün istifadə olunması, utilizasiya qurğularında İ.E.E. + i hesabına enerjinin mümkün istehsalına bərabərdir. Ümumi halda utilizasiya qurğularında istilik İ.E.E.+i hesabına istiliyin su buxarı, isti su və istilik daşıyıcıları şəkilində mümkün istehsalı



düsturu ilə hesablanır. Axırıncı riyazi ifadələrdə G1 G2 – uyğun olaraq utilizasiya qurğusunun girişində və çıxışında enerji daşıyıcılarının miqdarı h1 – İ.E.E.+nın mənbəyi- texnoloji qurğunun girişində enerji daşıyıcısının entalpiyası; h2–utilizasiya qurğusunun çıxışında - enerji daşıyıcısının (t2 – tempraturda) entalpiyası; - utilizasiya qurğusunun və İ.E.E.–nın mənbəyinin iş saatlarının miqdarının və rejimlərinin uyğunsuzluğunu ə.m -ə istilik itkisi əmsalı; - soyuqluq əmsalıdır.

Utilizasiya qurğusunun çıxışında enerji daşıyıcısının tempraturu utilizasiya prosesinin texnoloji xüsusiyyətlərini nəzərə almaqla aparılan texniki – iqtisadi hesablamalara əsasən qurğunun konstruktiv xarakteristikalarına görə müəyyən edilir.

Utilizasiya qurğusunun çıxışında enerji daşıyıcısının miqdarı itkilərin baş verməsi nəticəsində qurğunun girişindəki miqdarından fərqlənə bilər. Utilizasiya qurğusunda istiliyin mümkün istehsalı



müəyyən olunur. Burada - utilizasiya qurğusunun f.i.ə – dir.

Texnoloji qurğuları izafi təzyiq altında tərk edən qazların (mayelərin) potensial enerjisinin utilizasiya qurğularında (turbinlərdə) utilizasiyası zamanı mümkün enerji istehsalı

və ya

düsturları ilə hesablanır. Burada - turbinin daxili nisbi f.i.ə; - turbinin mexaniki f.i.ə.; - İ.E.E. – nın xüsusi miqdarıdır.

İstilik utilizasiyası qurğularında İ.E.E.–nın kombinə olunmuş istifadəsi zamanı yüksək parametrlərə malik su buxarı istehsal olunur, sonra bu su buxarı istilik turbinlərinə verilir.

Qeyd etmək lazımdır ki, İ.E.E– nın utilizasiyanın bütün variantları üçün onların istifadəsinin iqtisadi effektivliyi ilkin yanacağa qənaət edilməsi nəticəsində əldə edilir.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin