«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Mövzu 14: Məlumat sisteminin elmi – metodik təminatı



Yüklə 0,58 Mb.
səhifə44/50
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#103141
1   ...   40   41   42   43   44   45   46   47   ...   50
Mövzu 14: Məlumat sisteminin elmi – metodik təminatı

Belə metodik göstəricilərdə aşağıdakı məsələlər də nəzərdə tutulur.

1. Tullantıların basdırıldığı, saxlandığı sahələr, yerlər, zibilliklər haqqında məlumat.

2. Tullantıların yenidən emalı ilə əlaqədar tətbiq olunmuş texnologiya və qurğular haqqında məlumat.

3. Tullantılar haqqında ölkə daxilində və xaricdə aparılan elmi – tədqiqat işləri və təcrübi konstruktor qurğuları haqqında məlumat.

4. Tullantıların emalı, saxlanması və s. haqqında ümumdünya posent fondu.

5. Tullantıların yığılması, təkrar emalı, reallaşdırılması ilə məşğul olan təşkilat.

6. Müəssisə haqqında məlumat. Burada həm ölkədaxili, həm də xarici təşkilatlar haqqında məlumat olur. Çox vaxt təşkilatın email.i, telefonları, yerləşdiyi ölkə, fəaliyyət müddəti göstərilir.

Müəssisənin rəhbəri haqqında informasiya olmaya da

bilər.


7. Ölkədaxili və xarici bazarlarda tullantıların kommersiya məlumatları verilir. Belə məlumat banklarda göstərilir. Hər bir tullantının həcmi, yanma mənbəyi, istifadə istiqaməti, fiziki–kimyəvi xassələri, zəhərlilik sinifi, tullantıların yerləşdiyi və məhv edildiyi sahələr. Tullantılar haqqında informasiya bankı hər bir hadisənin müəssisənin ekoloji pasportunun, həm də ondakı zərərli maddələrin yerdəyişməsi haqqında texnologiya, həmçinin həmçinin istifadə edilən qurğular haqqında informasiyalar olur.

Tullantı haqqında məlumatlar bankı tullantının həcmi, mənbəyi, istifadə miqdarının istiqamət həcmi onların yerləşdirilməsi limiti və yerləşdirmə haqqı. Tullantıların fiziki-kimyəvi xassələri, zəhərlilik dərəcəsi, yerləşdiyi poliqonun, zibilxananın, şlam və digər tullantıların saxlandığı yerlər haqqında məlumat. Tətbiq edilən region və ətraf regionlarda ölkədə tullantılar haqqında yuxarıda deyilənlərin kompleks məlumat bankı. Tullantılar haqqında informasiya, məlumat I-ci statistik məlumatlara əsasən, II-ci müəssisələrin pasportlarına görə (ekoloji), III müəssisədə əmələ gələn toksiki tullantıların inventarizasiya məlumatları bankı.

Tullantıların emalı texnologiyası və istifadə edilən qurğu, avadanlıqlar bölməsində istehsalın texniki-iqtisadi göstəriciləri. İstehsalı təşkil edən müəssisələr haqqında məlumat həmin istehsalın ünvanı və tətbiq ili göstərilir. Milli və xarici elmi tətqiqat təcrübi konstruktor işləri bölməsində bu işlə məşğul olan təşkilatların və görülən işin görüldüyü vaxt layihənin tətbiqi mərhələlərində əldə edilən texniki-iqtisadi nəticələr.

Patent - informasiya sənədləri bankında hər bir patentin müəllifləri, onun yenilikləri və həmin patentdə istifadə olunan mənbələr haqqında məlumatlar toplanır. Tullantılarla işləyən müəssisələrin elmi və maliyyə potensialı (imkanları) eyni zmanda onların buraxdığı məhsul, istifadə etdiyi texnologiya, ünvanı və s. göstərilir. Milli və xarici bazarlarda tullantıların konyukturası bölməsində hər bir konkret tullantıya olan tələbat və hər bir tullantıya təklif, satılmış və alınmış lisenziyalar haqqında məlumatlar toplanılır. Hal-hazırki elmi-texniki inkişaf səviyyəsi nəzərə alınmaqla tullantılar sisteminin reallaşması üçün aşağıdakı tədbirlər görülməlidir.



  1. Tullantıların utilizasiyası, reallaşdırılması ilə əlaqədar ölkədaxili bir-birinə kordinasiya edə bilən vahid sistemin yaradılması.

  2. Daha çox əhəmiyyətə malik olan (potensial sərvət kimi) və ətraf mühiti daha çox çirkləndirə bilən tullantıların növlərini müəyyənlədirmək və onların yerləşdirilməsi, istifadəsi istiqamətlərini göstərmək.

  3. Tullantıların utilizasiyası və reallaşdırılması ilə məşğul olan sənaye müəssisələrinin və elmi-tədqiqat təşkilatlarının material bazasını (maliyyə) təşkil etmək.

  4. Tullantıların utilizasiyası, reallaşdırılması ilə əlaqədar görülən elmi və texniki işlərə ayrılacaq finans mənbələrini müəyyənləşdirmək (bura regional və federal büdcə, ekologiya fondu, milli kommersiya strukturlarından istifadə, xarici investisiya və s.).

  5. Tullantılarla işləyən müəssisələr və elmi-tədqiqat mərkəzləri qruplarına vergi güzəştləri və maliyyə güzəştləri edilir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin