Azərbaycan hərb tarxiNİn yeni SƏHİFƏSİ: aprel döYÜŞLƏRİ (TÖVSİYƏ ƏDƏBİyyat siyahisi) Bakı-2020



Yüklə 253,23 Kb.
tarix10.01.2022
ölçüsü253,23 Kb.
#108112

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana


AZƏRBAYCAN HƏRB TARXİNİN YENİ SƏHİFƏSİ: APREL DÖYÜŞLƏRİ

(TÖVSİYƏ ƏDƏBİYYAT SİYAHISI)


Bakı-2020

Ön söz

Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə-2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.


ƏDƏBİYYAT


  1. Ağasıoğlu, F. Azərbaycan ordusu tarixindən//Azərbaycan ordusu.-2007. -29 noyabr. - S.3.

  2. Azərbaycan ordusu//Azərbaycan.-2012.- 7 yanvar.- S.1, 2.

  3. Bünyatov, Ş. 20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu.-Bakı: Zərdabi LTD MMC, 2017.-298 s.

  4. Cəbrayılov, A. Aprel hərbi qələbəsi ərazi bütövlüyümüzün bərpasının müjdəsidir//Respublika.-2017.- 5 aprel.- S.5.

  5. Eyvazlı, A. Qalibiyyət: şahidlər və şəhidlər: 2016-cı il aprel döyüşləri şəhidlərin əziz xatirəsinə.-Bakı:Mütərcim, 2018.-448 s.

  6. Hüseynov, Y. Qarabağ tarixi mənbələrdə.-Bakı: Şuşa, 2012.-242 s.

  7. Qurbani, A. Cəbhə bölgəsi.-Bakı: “Əbilov, Zeynalov və oğulları”, 2001.-264 s.

  8. Mehdiyev, R. Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında.-Bakı: Şərq-Qərb, 2019.-232 s.

  9. Mirzəbəyli, İ. Horadiz əməliyyatı... Aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdış//Xalq qəzeti.-2018.- 4 aprel.- S.4.

  10. Məmmədov, S. Aprel zəfəri//Xalq qəzeti.-2019.- 2 aprel.- S.1; 5.

  11. Murad, G. Aprel döyüşləri: trilogiya.-Bakı: Elm və təhsil, 2018.-367 s.

  12. Orucoğlu, Z. //Ədalət.-2019.- 4 aprel.- S.4.

  13. Orucov, Y. Lələtəpə- Ermənistanın unutmamalı olduğu dərs//İki sahil.-2016.- 28 dekabr.- S.12.

  14. Tapdıqoğlu, N. Azərbaycan faciələrinin təqvimi: hər bir azərbaycanlı üçün yaddaş kitabı.-Bakı: MBM, 2010.-315 s.

  15. Vətən igidləri ilə tanınır! /Azərb. Resp. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 20 Yanvar İctimai Birliyi; layihənin rəhb. S. Əzimzadə ; tərtibatçı: Q. Məmmədova.-Bakı: [n.y.], 2018.-47 s.

Sən vətənin həm əvvəli,

Eşit əsgər, həm sonusan.

Şöhrətisən, şərəfisən,

Qeyrətisən, namususan.

Vətən deyir: qalx ayağa!

Qisas üçün gəlib zaman.

Səndən başqa bir kimsəyə

Yoxdur ümid, yoxdur güman.

Odlar yurdu Azərbaycan

Gözləməkdə səndən zəfər.

Hər ürəkdən gəlir xəbər:

Salam əsgər, salam əsgər!

İsgəndərli, A.




Yüklə 253,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin