Azərbaycan Könüllülük Xidməti Yay Məktəbi



Yüklə 33,52 Kb.
tarix21.10.2017
ölçüsü33,52 Kb.
#7693

c:\users\dvc_4_user\downloads\photo_53253.jpgc:\users\dvc_4_user\downloads\ganja-baner.jpgc:\users\dvc_4_user\desktop\akx\logolar png\akx logo (4).jpgc:\users\dvc_4_user\desktop\akx\logolar png\nayora__logo_kicik_2_1414483222_1446454510.jpgc:\users\dvc_4_user\desktop\akx\logolar png\azgflogo.png

Azərbaycan Könüllülük Xidməti

Yay Məktəbi
Gəncə şəhəri, 11-14 İyul, 2016


TƏSVİR

(Layihənin təsviri yay məktəbinin iştirakçıları, təlimçiləri və təşkilatçılarına onun təşkili və keçirilməsi haqqında lazımı məlumatları çatdırmaq məqsədini daşıyır).

Layihənin qısa təsviri:

Azərbaycanda ildən ilə keçirilən benəlxalq səviyyəli tədbirlərin sayının artması və bununla bağlı geniş könüllü şəbəkəsinin olmasının vacibliyi, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək verilməsi, eyni zamanda gənclər təşkilatlarına könüllülərin cəlb olunması və idarə edilməsi kimi məsələrdə görmək olar. Gənclərin və gənclər təşkilatlarının təşəbbüskarlığının və könüllülük hərəkatına marağının artması tələb yaradır ki, könüllülər, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpü rolu oynayacaq mexanizm, metodologiya yaradılsın. Bunları nəzərə alaraq, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. Azərbaycan Könüllülük Xidməti Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərk Azərbaycanın 13 regionunun 15 Gənglər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.

Proqramın bu ilki layihəsi olan Azərbaycan Könüllülük Xidməti Yay Məktəbi isə 11-14 İyul, 2016-cı il tarixlərində şəhərin yerli və beynəlxalq əhəmiyyətini nəzərə alaraq Avropanın gənclər paytaxtı Gəncədə, toplam 60 nəfərin iştirakı ilə “Ramada Plaza-Gəncə” Mehmanxanasında keçiriləcəkdir. Yay Məktəbinin məqsədi ölkənin gənclər təşkilatlarının öncül könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini, yanaşmalarını, könüllüyün dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdır. Layihə çərçivəsində ölkənin müxtəlif regionlarından olan gənclər təşkilatlarından 50 könüllülük təcrübəsinə malik gəncinin, eyni zamanda bu sahənin yerli peşəkarları, Azərbaycan gənclər siyasətində könüllülük və könüllük üzrə qanuvericilik ilə yaxından tanış olan dövlət nümayəndələrinin iştirakı ilə fikir, təcrübə, təklif və təşəbbüs mübadiləsi, nəticədə isə təkliflər paketinin hazırlanıb müvafiq dövlət qurumuna verilməsi nəzərdə tutulmuşdur.

Yay məktəbinin proqramı iki hissədən ibarət olacaq: təlim-məşq və mədəni-idman proqramı. Təlim-məşq proqramına könüllülüyün yerli və beynəlxalq təcrübəsindən bəhs edən seminar, təlim və panel sessiyalarının təşkil edilməsi daxildir. Mədəni-idman proqramına “Kod Da Vinçi” məntiqi-intelektual oyunu, “Gizli Könüllüm” dostluq oyunu, “Kino axşamı”, “Party” əyləncə proqramları, “Açıq Mikrofon” müsabiqəsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə idman yarışları və digər bir-birindən maraqlı tədbirlər daxildir.



Tərəfdaşlar: Layihə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra hakimiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Tarix: 11-14 İyul, 2016-cı il

Məkan: Gəncə şəhəri, “Ramada Plaza-Gəncə” Mehmanxanası

Son qeydiyyat tarixi: 30 İyun, 2016-cı il, saat 18:00

Layihənin hədəf qrupu: Respublikanın müxtəlif regionlarda yerləşən gənclər təşkilatlarında fəalliyyət göstərən könüllülük təcrübəsinə malik gənclər.

Məktəbin işçi dili: Azərbaycan

Yaşayış: İştirakçılar Gəncə şəhəri, “Ramada Plaza-Gəncə” Mehmanxanasında qadınlar və kişilər ayrı olaraq 3 nəfərlik otaqlarda yerləşdiriləcəklər.

Qida: İştirakçılara gündə 3 dəfə yemək və 2 dəfə çay fasiləsi təqdim olunacaq. Dietoloji problemləri olan iştirakçılar üçün xüsusi menyunun tərtib olunması mümkündür.

Nəqliyyat: İştirakçılar rahat avtobuslar vasitəsi ilə yay məktəbinin keçiriləcəyi məkana çatdırılacaq və eyni qaydada geri gətiriləcəklər. Səfər müddəti Bakı şəhərindən5 saat təşkil edir.



Təlim-tədris proqramı: Təlim-tədris proqramı müxtəlif təlim metodologiyalarından istifadə olunaraq həyata keçiriləcəkdir. Yay Məktəbi çərçivəsində 3 format istifadə olunacaqdır – panel görüşləri, seminar, təlim sessiyaları və kiçik qruplarda iş.

  • Panel sessiyasının mövzusu:“Azərbaycanda Könüllülük Hərəkatı: Təcrübə və Müasir Çağırışlar”

  • Seminar mövzusu: “Könüllülük nədir?”

  • Təlimlər Avropada könüllülük: ən yaxşı təcrübələr, könüllülərin cəlb olunması və motivasiyası, eyni zamanda könüllülərin idarə edilməsi mövzularında keçiriləcəkdir.

  • Kiçik qruplarda iş hər biri saat yarım olmaqla ölkəmizdə könüllük sahəsində problemlər, ölkəmizdə könüllük sahəsində problemlərin həll yolları üçün təkliflər və könüllülük sahəsində ən yaxşı dünya təcrübələri mövzularında moderatorların iştirakı ilə təşkil olunacaqdır.

Mədəni-idman proqramı: İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif intellektual və idman oyunları və əyləncə proqramları təşkil olunacaq. Buraya “Kod Da Vinçi” məntiqi-intelektual oyunu, Party, Kino axşamı, Gizli könüllüm dostluq oyunu, “Açıq Mikrofon” müsabiqəsi, Ekskursiya, Piknik və İdman oyunları daxildir.

  • Buzqırma oyunları – iştirakçılar arasında ilkin tanışlıq və münasibətlərin qurulması məqsədi ilə ilk gün təşkil olunan interaktiv fəaliyyətdir.

  • "Kod Da Vinçi" – iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirdiyi bir komanda oyunudur.

  • “Kino axşamı” – iştirakçıların Yay Məktəbi ərazisində asılmış yay məktəbinin mövzusu ilə əlaqəli ən son və maraqlı filmlər siyahısından seçdikləri bir filmi izləməsi üçün təşkil olunmuş film axşamıdır.

  • “Party” – iştirakçıların düşərgədə keçirdiyi bir axşamın sonunda təşkil olunan əyləncədir.

  • “Gizli könüllüm” – bu, dostluq oyunu olub iştirakçılar arasındakı münasiblətləri möhkəmləndirmək, əyləncəli etmək məqsədi ilə təşkil olunan fəaliyyətdir.

  • “Açıq Mikrofon” müsabiqəsi – könüllü gənclərin öz bilik və təcrübələrini bölüşəcəyi, açıq səsvermə ilə bir ən maraqlı təcrübəni bölüşən natiqin seçiləcəyi təcrübə mübadiləsi və əyləncə xarakterli fəaliyyətdir.

  • Göygöl Milli Parkı ilə tanışlıq və piknik – səfər iştirakçıların milli park haqqında məlumat ala, təbiət qoynunda istirahət edə biləcəkləri şəkildə, gənclər arasında şəbəkələşmənin möhkəmlənməsi məqsədi ilə təşkil olunmuş istirahət fəaliyyətidir.

Ödəniş: Yay Məktəbində iştirak tam olaraq ödənişsizdir və bütün nəqliyyat, qida, yaşayış, təlim-məşq proqramı və asudə vaxtın təşkili xərcləri layihə təşkilatçıları tərəfindən qarşılanır.

İştirakçılar tərəfindən namizədliyin verilməsi və seçim prosesi:

  1. Düşərgənin Proqramı ilə tanış olmaq;

  2. Elektron Ərizə Formasını şəxsən doldurmaq;

  3. Şəxsiyyəti vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin nüsxəsini təqdim etmək;

  4. “Qarşılıqlı Anlaşma Memorandumu” ilə tanış olub, onu imzalamaq;

  5. Seçim Komitəsi tərəfindən qiymətləndirmə və müsahibə;

  6. Namizədlliyin təsdiq edilməsi və təlimatlandırılmada iştirak.

Aşağıda göstərilən meyarlara cavab verən gənclərə üstünlük veriləcəkdir:

  • 18-29 yaşında olan Azərbaycan vətəndaşları

  • Gənclər təşkilatlarında azı 1 il könüllülük təcrübəsi

  • Hazırda gənclər təşkilatında fəal iştirak edən gənc

  • Azərbaycan dilində əla yazı, oxu, danışıq bacarığına malik olan gənc

Əlaqə:

Yay məktəbi ilə əlaqəli bütün məsələlərlə bağlı layihə üzrə məsul şəxs Nigar Ibrahimova ilə əlaqə saxlaya bilərsiniz.


Nigar İbrahimova,

ARGTMŞ, Azərbaycan Könüllülük Xidməti Proqramının rəhbəri

Ofis: 012 441 16 31

Mobil: 050 538 68 03

Fax: 012 441 16 27

E-mail: info@akx.az




Yüklə 33,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin