“Azərbaycan məktəbi” 2018/1 Pedaaosika TƏHSİl prosesiNİn humanistləŞDİRİLMƏSİNİN



Yüklə 390,9 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix31.12.2021
ölçüsü390,9 Kb.
#112971
1   2   3   4   5   6   7   8   9   10
jrn2018 63

“Azərbaycan  məktəbi” 2018/1

*3

35


Azərbaycan  Respublikası  Təhsil Nazirliyi

fərq tərbiyə  prosesinin  səmərəliliyini  müəy­

yən edir.

Humanist hisslər insanın  insana,  cəmiy­

yətə  münasibətini  ifadə  edir.  “Humanistlik- 

insani  qəddarlıqdan  çəkindirən,  uşaqlara, 

qocalara,  xəstələrə,  köməyi  ehtiyacı  olanla­

ra,  ümumiyyətlə,  bütün  adamlara  qayğı  və 

nəvaziş,  mehriban  münasibət  bəxş  edən  ən 

gözəl əxlaqi keyfiyyətlərdən biridir” (5, səh. 

157).  Fikrimizcə, 

müasir 


məktəb  bü­

tövlükdə  humanist  xarakter  kəsb  etməlidir. 

Məktəbin  interyerindən  pedaqoji  prosesin 

məzmununa  qədər  hər  şey  humanist 

mahiyyət  kəsb  etməlidir.  Təhsilverənlərlə 

təhsilalanlar  arasında  münasibətlə  yanaşı, 

həm  də  təhsilin  məzmunu,  mahiyyəti, 

prinsipləri,  metodları,  təşkili  formaları 

humanistləşdirilməlidir.  Vaxtı  ilə  böyük  çex 

pedaqoqu  Y.A.Komenski  məktəbi  “huma­

nizm”  emalatxanası,  “insanlıq  emalatxana­

sı”  adlandırırdı  (6,  səh.  324).  İndiki  dövrdə 

məktəb  sözün  həqiqi  mənasında  insani- 

ləşdirilməli,  ’’antroposentrik”  olmalıdır. 

Məktəbdə  pedaqoji  prosesin  mərkəzinə 

şagird  qoyulmalı,  təhsilin  məzmunu,  müəl­

limlərin  fəaliyyəti  yüksək  dəyər kimi  onun 

şəxsiyyətinin  inkişafına 

istiqamətlən­

dirilməlidir.

Təhsilin  humanistləşdirilməsi,  ilk  növ­

bədə,  “şagirdin  təlim  prosesində  bilavasitə 

inkişaf  etdirilməsini,  özünü  bir  şəxsiyyət 

kimi  təsdiq  etməsini,  özünüreallaşdırması 

üçün əlverişli şəraitin yaradılmasını” (7, səh. 

749) nəzərdə tutur.  Şagirdlərdə  oxumağı və 

öy-rənməyə daxili motiv və marağın yaradıl­

ması  üçün  stimullaşdırıcı  tədbirlərin  həyata 

keçirilməsini  məktəblərdə  sağlam  və  şəffaf 

təlim  mühitinin 

yaradılması  şərtləndirir. 

Qeyd edək ki, heç də bütün motivlər pedaqo­

ji  prosesin  gedişinə və nəticələrinə  həlledici 

təsir  göstərmir.  Psixoloqlar bir  çox  hallarda 

öyrənmə motivlərini xarici və  daxili olmaq­

la iki yerə ayırırlar.  Uzunillik məktəb təcrü­

bəsi  nəticəsində  yəqin  etmişəm  ki,  müasir

dövrdə  öyrənmə  prosesində  daxili  motiv 

üstünlük  təşkil  edir.  Şagirdlərin  özləri 

təşəbbüskar  olmasalar  məktəb  rəhbərinin, 

müəllimlərin,  valideynlərin  öyüd-nəsihət­

ləri,  təhrikedici  hərəkətləri  o  qədər  də 

səmərə  vermir,  bəzi  hallarda  hətta  müna­

qişəli  vəziyyətin  yaranmasına  səbəb  olur. 

Tədqiqatçı  alimlərin  “zor  gücünə  verilən 

bilik ağlı boğur” -fikri ilə tamamilə şərikəm. 

Məktəblilərin  (eləcə  də  bütün  insanların) 

motivasiyasının  əsas  mənbəyi  onun  özün­

dədir, daxilindədir. Təlim prosesinin səmərə­

liliyinin  və  keyfiyyətinin  yüksəldilməsində 

məktəb  rəhbərləri  və  müəllimlər  məktəbin 

və  şagirdlərin  nailiyyətlərini  obyektiv 

müəyyənləşdirmək  məqsədilə  real  motivləri 

nəzərə  almalıdır.  Belə  olan  halda  pedaqoji 

prosesdə  real  motivlərə  istinad  etməklə 

daha  təsirli  və  yüksək  motivlərin  (xəyali 

motivlərin)  yaradılması  mümkündür.  Mək­

təbin  humanistləşdirilməsi  elə  bir  sistemin 

yaradılmasını  nəzərdə  tutur  ki,  burada  hər 

bir  şagird  azad  və  bərabər  təhsil  ala  bilsin, 

özünütəhsil,  özünüidarə, özünü reallaşdırma 

yolu  ilə potentsial  imkanlarını  üzə çıxartsın, 

özünü təkmilləşdirsin, təsdiq etsin və həm də 

başqa adamlarla qarşılıqlı əməkdaşlığa hazır 

olsun.  Pedaqoji-psixoloji  ədəbiyyatda  “hu­

manizm”  anlayışı  iki mənada (geniş və dar) 

işlədilir.  Geniş  mənada  insan  şəxsiyyətini 

yaradan  dəyərlər sistemini,  insanın  rifah  və 

xoşbəxtliyini, onun layiqli yaşamaq hüququ­

nu ifadə edir.  Məhdud mənada isə  Avropada 

(xüsusilə  İtaliyada  və  Almaniyada)  İntibah 

dövrünün 

(XIV-XVI 

əsrlər) 


mədəni 

hərəkatını  xarakterizə  edir.  Yuxarıda  qeyd 

etdiyimiz  kimi,  məhz  bu  hərəkatın  çərçi­

vəsində də  “humanizm” termini yaranıb.  İlk 

zamanlar  o  fıloloji  aspektdə 

intellektual 

məşğələlərin  müəyyən  növü  -  ritorikanın, 

qrammatikanın, 

poeziyanın, 

etikanın, 

fəlsəfənin öyrənilməsi kimi  başa düşülürdü.

XX  əsrin  90-cı  illərində  Azərbaycanda 

məktəbin  sosial  funksiyası  dəyişdi.  Yeni


Yüklə 390,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin