Azərbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi ixtisas sahəSİNİn tariXİ VƏ metodologiyasi fəNNİNDƏN



Yüklə 36,82 Kb.
tarix09.07.2018
ölçüsü36,82 Kb.
#56181

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT MATERİALLARI KAFEDRASI


IXTİSAS SAHƏSİNİN TARİXİ VƏ METODOLOGİYASI FƏNNİNDƏN

FƏNN PROQRAMI (SILLABUSU)
Qrup: № M674 a


BAKI─2014

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Fakultə dekanı _____________

Haqverdiyeva T.A.

“12” sentyabr 2014-cü il


Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat Materialları

Fənnin adı: İxtisas sahəsinin tarixi və metodologiyası

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014/2015. Semestr: payız

Fakültə : İnşaat mühəndisliyi

Qrup : M674 a

Tədris yükü: mühazirə 15 saat Cəmi 15 saat.

Kredit: 1

Auditoriya: № 910, № 915

Saat: 1415 -1550çərşənbə

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Şirinzadə İradə Nüsrət qızı, t.e.d., prof.

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

Məsləhət saatları:

E-mail ünvanı: i.shirinzade@azmiu.edu.az

İş telefonu: 012 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Гасанов Г.А. Философия строительство. 2000. 80 с.

2. N.M. Ağabəyli. İnşaat materialları və məmulatları. Bakı, 2011.

2. А.Г. Комар, Ю.М. Баженов, Л.М. Сулименко. Технология производства строительных. Москва, 1990.

3. Г.И. Горчаков, Ю.М. Баженов. Строительные материалы. Москва, 1988.
4. Fənnin təsviri və məqsədi:

“Meşə materialları və ağac emalının texnologiyası mühəndisliyi” ixtisasından magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “Ixtisas sahəsinin tarixi və metodologiyası” fənni meşə materiallarının insanların həyatında və cəmiyyətin inkişafında rolu, ağac materiallarının tikintidə istifadəsinin inkişaf tarixi, ağac emalı sənayesinin inkişaf tarixi və mebel istehsalının inkişaf tarixi haqqında ətraflı məlumat verir.



5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

II

Mövzu № 1. Giriş. Meşə materiallarının cəmiyyətin inkişafında rolu. Meşə materiallarının təsnifatı. Tikintidə istifadə olunan meşə materialları. Mebel istehsalında istifadə olunan meşə materialları.

2

17.09.14

IV

Mövzu № 2 – Ağac materiallarının tikintidə istifadəsinin inkişaf tarixi.İnsanların istifadə etdikləri ilk tikinti materialı. Kəsici daş alətlərin meydana gəlməsi ilə oduncaq materiallarının tikintidə istifadə imkanlarının artması. Ağac materiallarından olan qədim memarlıq abidələri. Oduncaq konstruksiya materialı kimi. Oduncaqdan hazırlanmış dekorotiv elementlər. Oduncaq istilik izolyzsiya materialı kimi.


2

01.10.14

VI

Mövzu № 3. Dünya memarlığında oduncağın rolu: nadir memarlıq nümunələri, Kiş məbədi, Rus imperatorluğunun saraylarında dekorotiv oduncaq elementləri və məmulatları.

2

15.10.14

VIII

Mövzu № 4. Azərbaycan ərazisində oduncaq materiallarının tikintidə istifadəsi. Atrapatena və Qafqaz Albaniyasında oduncağın tikinti materialı kimi əhəmiyyəti. Şəki Xan Sarayında şəbəkə oduncaq dekorotiv elementi kimi.


2

29.10.14

X

Mövzu № 5. Ağac emalı sənayesinin inkişaf tarixi. Faner istehsalının inkişaf tarixi. Ağac yonqar tavalar istehsalının yaranma tarixi və inkişaf mərhələləri. Ağac lifli tavalar istehsalının yaranma tarixi və inkişaf mərhələləri. Sellüloz-kağız sənayesinin inkişaf tarixi. MDF tavalarının yaranma tarixi və inkişaf mərhələləri. Oduncaq tavalarının tikintidə, mebel sənayesində, radioapparatların istehsalında, suvenir istehsalında istifadəsi və müasir sənayedə istifadə perspektivləri.


2

12.11.14

XII

Mövzu № 6. MDF tavalarının yaranma tarixi və inkişaf mərhələləri. Oduncaq tavalarının tikintidə, mebel sənayesində, radioapparatların istehsalında, suvenir istehsalında istifadəsi və müasir sənayedə istifadə perspektivləri.


2

26.11.14

XIV

Mövzu № 7. Mebel istehsalının inkişaf tarixi

Qədim mebel əşyaları. Qədim Misir mebeli. Qədim Yunan mebeli. Qədim Romada yumşaq mebel istehsalının inkişaf mərhələləri. İntibah dövrünün mebelləri. Borokko dövrünün rahat və komfortlu mebelləri. Rokoko dövrünün dəbdəbəli mebelləri.

Mebel istehsalının Fransada inkişafı. XV Lyudovikin dövründə meydana çixan jezlonq, berjer (dərin kreslo) və kanape kimi yeni növ yumşaq mebellər. XVII-XVIII əsrlərdə mebel istehsalında klassizmin meydana gəlməsi.


2

10.12.14

XV

Mövzu № 8. Rusiyada mebel istehsalının I Pyotrun dövründə inkişafı. XIX əsrdə Avropada kapitalizmin inkişafı və mebel fabriklərinin yaranması və inkişafı.

Müasir mebel. Mebel istehsalında “avanqard” stil. Uşaq və gənclər üçün mebellər. Müasir mebel istehsalında tətbiq edilən standartlar. Azərbaycan mebel sənayesinin inkişaf tarixi. Sovetlər birliyi dönəmində Azərbaycan mebel sənayesinin inkişafı. Respublikada mebel sənayesinin müasir durumu.



2

24.12.14

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

Rus oduncaq memarlığının nadir inciləri haqqında

2

Oduncaq əsas dekorativ elementi kimi

3.

Azərbaycan tarixi abidələrində istifadə olunan oduncaq materialları

4.

İntibah dövrünün mebelləri

5.

Yumşaq mebel istehsalının inkişaf tarixi

6.

Azərbaycanda mebel sənayesinin inkişaf tarixi

7.

Ağac konstruksiyaları

8.

Mebellər üçün aksesuarlar

9.

Mebellərə qoyulan norma və standartlar

10

Azərbaycanda mebel sənayesinin müasir durumu



6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ ( Şirinzadə İ.N.)
11” sentyabt 2014-ci il.
Yüklə 36,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin