Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun 2015-ci IL üçün hesabat I

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 3.97 Mb.
səhifə11/20
tarix22.03.2020
ölçüsü3.97 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
2.7. Dövlət orqanları üçün elmi ekspertiza xidmətləri

  • Dövlət orqanlarından İKT sahəsinə aid daxil olan müxtəlif saziş, müqavilə, proqram və s. rəsmi sənəd layihələrinə ekspert rəyləri verilmişdir.



  1. ELEKTRON ELMİN FORMALAŞMASI ÜZRƏ PRAKTİKİ FƏALİYYƏT

3.1. AMEA üzrə Elektron Elmin Monitorinqi aparılmışdır:

  • Elektron elmin monitorinqi üçün indikatorlar və sorğu formaları işlənilmişdir;

  • Respondent təşkilatlara metodiki dəstək göstərilmiş və sorğu məlumatları toplanmışdır;

  • “Elektron elmin monitorinqi” informasiya sistemi yaradılmış və sorğu məlumatları bazaya daxil edilmişdir;

  • Elektron elmin indikatorları üzrə analiz aparılmışdır.

    1. AMEA üzrə kompüter və ofis texnikası vasitələri ilə təminat işləri çərçivəsində aşağıdakılar həyata keçirilmişdir:

  • AMEA Rəyasət Heyətinin aparatı, elmi müəssisə və təşkilatlarının kompüterləşdirilməsi;

  • AMEA-nın konfrans zallarının audio-video sistemlərinin keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi işləri;

  • AMEA-nın Dairəvi konfrans zalında “Video-divar sistemi”nin layihələndirilməsi, quraşdırılması və istismarının həyata keçirilməsi;

  • Sərgilərin təşkili və onların İKT təminatı işləri:

  • AMEA-nın Ümumi yığıncağına həsr olunmuş “Elmi nailiyyətlər sərgisi”nin təşkili işləri;

  • “22-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi”nin təşkili işləri;

  • “AMEA-70” sərgisinin təşkili işləri;

  • Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş infosərginin təşkili işləri.

    1. AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması işləri həyata keçirilmişdir:

  • AMEA-nın science.gov.az rəsmi portalının işlənilməsi və istismarının həyata keçirilməsi;

  • “Gənc Alim və Mütəxəssislər şurası” üçün veb saytın yaradılması;

  • “AMEA-nın məruzələri” jurnalı üçün veb saytın yaradılması;

  • AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-resurslarının monitorinqinin aparılması, elmi-metodiki və texnoloji dəstəyin həyata keçirilməsi;

  • AMEA-nın “Elm TV” İnternet televiziyasının yaradılması və istismarının təşkili işləri.

    1. AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi aparılmışdır:

  • AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən monitorinqin aparılması üçün “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair tələblər” hazırlanmışdır;

  • AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqinin nəticələrinə əsasən hər bir veb-saytın müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış və müvafiq arayış tərtib olunmuşdur.

    1. İnformasiya sistemləri və resurslarının yaradılması işləri görülmüşdür:

  • AMEA üzrə foto, video və audio materialların Data Mərkəzdə etibarlı saxlanması və istifadəsinin təşkili üçün Multimedia qalereyasının yaradılması;

  • AMEA-nın təşkilatçılığı ilə həyata keçirilən tədbirlərin kompüter dizaynı və qrafikası işlərinin həyata keçirilməsi, təqdimatlar və kontentlərin hazırlanması;

  • “İnteraktiv informasiya sistemi”nin işlənilməsi və istismarının təşkili:

  • AMEA-nın təsisçiləri,

  • AMEA-nın prezidentləri,

  • Nobel mükafatı laureatları,

  • AMEA haqqında informasiya sistemi.

  • “Azərbaycan Milli Elmlər Akademiyası haqqında məlumat” sisteminin və video-klipin yaradılması (İngilis və Azərbaycan dillərində);

  • AMEA-nın əməkdaşlarına milli-mənəvi dəyər daşıyıcıları olan informasiya resurslarının İnternetə, o cümlədən Wikipedia virtual ensiklopediyasına daxil edilməsi işlərinə elmi-metodiki dəstəyin verilməsi, bu məqsədlə yaradılmış Wiki-mərkəzin fəaliyyətinin gücləndirilməsi.



    1. E-kitabxana Mərkəzində təkmilləşdirilmə işləri aparılmışdır:

  • E-kitabxana Mərkəzində bütün resurslar ABŞ Konqres Kitabxanasının Təsnifat Sistemi ilə təsnifatlaşdırılmış, biblioqrafik metaverilənləri hazırlanmış, Alephino Kitabxana İdarəetmə Sisteminə daxil edilmişdir;

  • E-kitabxana Mərkəzinin resursları institutun Data Mərkəzində yerləşdirilmiş və onlayn rejimdə resursların axtarışı, sifarişi və istifadə imkanı yaradılmışdır.



  1. TƏDRİS-İNNOVASİYA MƏRKƏZİNİN FƏALİYYƏTİ

Doktorant və dissertantlara "Elm İnformatikası" fənninin tədrisi
4.1. Respublika üzrə bütün elmi-tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantlarına "Elm İnformatikası" fənninin tədrisi və doktorluq imtahanının qəbulu işləri.

4.2. 2015-ci il ərzində Tədris-İnnovasiya Mərkəzində respublikanın elm və təhsil müəssisələrindən 1271 doktorant və dissertant “İnformatika” fənni üzrə təşkil olunmuş kurslarda iştirak etmiş və namizədlik imtahanı vermişlər. Onlardan 569 nəfəri doktorant, 702 nəfəri isə dissertantdır.



4.3. 2015-ci ildə imtahan vermiş doktorant və dissertantların 6%-i xarici ölkə vətəndaşları olmuşdur.




Ölkənin adı

Doktorant və dissertantların sayı

Azərbaycan Respublikası vətəndaşları

1190

Xarici ölkə vətəndaşları

81

Cəmi

1271

4.4. 2015-ci il ərzində AMEA-nın institut və təşkilatlarından 389 nəfər, digər elmi qurumlardan isə 882 nəfər doktorant və dissertant imtahan vermişdir.


4.5. 2015-ci ildə imtahan vermiş doktorant və dissertantların elm sahələri üzrə paylanması aşağıdakı kimi olmuşdur.




4.6. 2015-ci ildə AMEA-nın İnstitutları üzrə imtahan vermiş doktorant və dissertantların sayı aşağıdakı kimi olmuşdur.

4.7. 2015-ci il ərzində “İnformatika” fənnindən imtahan vermiş doktorant və dissertantların 471 nəfərini kişilər, 800 nəfərini isə qadınlar təşkil etmişdir.



4.8. 2015-ci il ərzində “İnformatika” fənnindən imtahan vermiş doktorant və dissertantların yaş tərkibinə görə sayı aşağıdakı kimi qeyd olmuşdur.






4.9. Fəlsəfə fənni üzrə qəbul imtahanları və doktorluq minimumu imtahanı təşkil edilmişdir.


4.10. AMEA-da doktoranturaya qəbul, doktorluq imtahanlarının və test texnologiyası əsasında keçirilməsi təşkil edilmişdir.




4.11. Respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və test imtahanları təşkil edilmişdir.
4.12. AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi fənnlərin tədrisi təşkil edilmişdir.


  1. Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə