Azərbaycanda elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması konsep-siyasının işlənilməsi çərçivəsində elmi istiqamətlər müəyyən edilmişdir.
Elektron tibb sistemində fərdi məlumatların qorunması məsələləri tədqiq edilmiş və respublikada fərdi tibbi məlumatların mühafizəsini tənzimləyən normativ-metodiki sənədlərin işlənməsinin məqsədəuyğunluğu əsaslandırıl-mışdır.
Tibbi sferada insan resurslarının idarə olunması məsələləri, tələb və təklif problemləri təhlil edilmişdir.
E-elm
E-elm sahəsində beynəlxalq və respublika səviyyəsində müasir vəziyyət təhlil edilmiş və onun respublika üçün perspektiv istiqamətləri müəyyənləşdiril-mişdir.
Respublikada nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunluğu vəziyyəti təhlil edilmiş və aşkarlanmış problemlərin həlli üçün təklif və tövsiyələr işlənmişdir.
İstinad edən jurnalın nüfuzunu nəzərə alan çəkili impakt faktor təklif olunmuşdur.
Jurnalları qiymətləndirmək üçün inteqrativ indikator təklif olunmuşdur.
İstinadların mənbələr üzrə paylanmasını “mükafatlandıran” və özünə istinadları “cərimələndirən” çəkili impakt faktorlar təklif olunmuşdur.
Kompüter şəbəkələri
Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün mobil multi-agentlər əsasında konseptual arxitektura təklif olunmuşdur.
Pollinq sistemi modelinin istifadəsi ilə kompüter şəbəkələrinin monitorinqi-nin effektivliyinin artırılması üçün metodologiya təklif olunmuşdur.
Şəbəkə trafikinin kontent analizi üçün iyerarxik multi-klassifikator modeli təklif edilmişdir.
İnformasiya iqtisadiyyatı
Müxtəlif ölkələrin iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər nəzərdən keçirilmiş, iqtisadiyyatın yenidən strukturlaşmasında İKT sektorunun təsiri və informasiya iqtisadiyyatının formalaşması məsələləri araşdırılmışdır.
İnnovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin ümumiləşdirilmiş təhlili aparılmışdır.
Texnoparkların təşkilati və funksional strukturu təhlil olunmuş və onun regionun innovasiya mühitinin elementləri ilə qarşılıqlı əlaqə sxemi verilmişdir.
İnnovativ strukturların prioritetləri, mexanizmləri, elementləri, əlaqələri, idarəetmə parametrləri və kriteriyaları müəyyənləşdirilmişdir.
İKT sferasında innovativ layihələrin seçilməsi və qiymətləndirilməsinin inteqral göstərici və kriteriyaları təhlil olunmuş, onların təkmilləşdirilməsiylə bağlı tövsiyələr verilmişdir.