AzScienceNet şəbəkəsinə qoşulan fərdi kompüterlərin sayı 4300-dən çox, beynəlxalq şəbəkəyə qoşulma sürəti ilə 320Mbit/s-dir.
Monitorinq və təhlükəsizlik xidmətinin təşkili üçün yeni 1 (bir) ədəd “Cisco ASA 5520” avadanlığının qoşulması işləri həyata keçirilmişdir;
AzScienceNet şəbəkəsinə yeni WebSpy Vantage, CACTI, SpamTitan proqram təminatları instalizasiya edilmişdir;
AzScienceNet şəbəkəsinə yeni VMWARE, VEEAM, NAGIOS, IBM SmartCloud, PXE Server, ZooZKeeper, LDAP server, Rest server proqram təminatlarının qurulması işləri həyata keçirilmişdir;
AMEA RH Mərkəzi Aparatının kompüter təminatı, şəbəkə-kommunikasiya infrastrukturunun yenidən qurulması işləri həyata keçirilmişdir;
AMEA-nın Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılmışdır;
AMEA RH-nin binasında böyük konfrans zalda audio-video sisteminin yenidən qurulması işləri təşkil edilmişdir;
AMEA-nın Akademiya şəhərciyində Wi-Fi sistemi yaradılmışdır;
“İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri” mövzusunda II Respublika elmi-praktiki konfransı təşkil edilmişdir;
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və perspektivləri” Ümumrespublika elmi-praktiki seminarı təşkil edilmişdir;
AzScienceNet elmi kompüter şəbəkəsinin Avropa elm və təhsil kompüter şəbəkələri mühitinə inteqrasiya işləri həyata keçirilmişdir;
GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri qurulmuşdur:
Təşkilat tərəfindən keçirilən toplantılarda iştirak olunmuşdur,
AzScienceNet şəbəkəsinin GEANT4 layihəsinə qoşulmaq istiqamətində işlər aparılmışdır.