4.4. Magistrlərə ümumi və ixtisas fənlərinin tədrisi və imtahanların qəbulu
4.4.1. AMEA-nın magistrlərinə ümumi fənnlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işləri yerinə yetirilmişdir.
4.4.2. İnstitutun magistrlərinə ixtisas fənnləri və seçmə fənnlər üzrə tədris proqramı və materiallar hazırlanmış və dərslər keçilmişdir.
4.5. AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək
4.5.1. AMEA-nın elmi müəssisələrində doktorant və dissertantların ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi üçün “Elektron Test Sistemi” yaradılmışdır.
4.5.2. AMEA-nın 24 elmi müəssisəsində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi işinə dəstək verilmişdir. “Elektron Test Sistemi” kompüterlərə yüklənmiş, məsul əməkdaşlara sistemdən istifadə qaydaları izah olunmuş və seminar-treninq keçirilmişdir.
Dostları ilə paylaş: |