4.6. Müxtəlif kompüter proqramları üzrə kurslar
İl ərzində sıravi vətəndaşlar, eləcə də müəssisə və təşkilatların əməkdaşları üçün müxtəlif kompüter proqramları üzrə kurslar təşkil edilmişdir.
4.7. Ali təhsil müəssisələri ilə əməkdaşlıq
4.7.1. Respublikanın bir sıra ali təhsil müəssisələri ilə elmi-pedaqoji əməkdaşlıq münasibətləri mövcuddur.
4.7.2. Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinə “İnformatika” fənni tədris edilmişdir.
4.7.3. Qafqaz Universitetinin tələbələrinə “Riyaziyyatın əsasları”, “Diskret riyaziyyat” fənnləri və “MathLab” proqramlaşdırma dili tədris edilmişdir.
4.7.4. Azərbaycan Universitetinin tələbələrinin təcrübə keçməsi üçün şərait yaradılmış və onlara rəhbərlik edilmişdir.
4.8. Olimpiya mərkəzi
4.8.1. H.Əliyev Fondu, AR Təhsil Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə sayca 10-cu “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” keçirilmişdir.
4.8.2. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA İdarəetmə Sistemləri İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında İnformatika Layihə Olimpiadası keçirilmişdir.
Dostları ilə paylaş: |