Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI
İNSTİTUTUNUN
2013-cü il üçün
HESABATI
AMEAİnformasiya Texnologiyaları İnstitutunun 2013-cü il üçün hesabatı. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013,
54 səh.
İnstitutun 2013-cü il üçün hesabatında elmi-tədqiqat, elmi-innovasiya, tədris-innovasiya, AzScienceNet elm kompüter şəbəkəsi, multimedia, kompüter və veb-xidmətləri istiqamətləri üzrə fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, habelə cari ildə dərc olunmuş elmi əsərlər, mühüm elmi nəticələr, institutun prioritet elmi istiqamətləri və maddi-texniki bazası haqqında informasiya öz əksini tapmışdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.
Hesabatı hazırlayanlar:
tex.f.d. Rəşid Ələkbərov, baş mühəndis
Mədinə Səidova, elmi katib
tex.e.d. Ramiz Alıquliyev, şöbə müdiri
Rəsmiyyə Mahmudova, Tədris-İnnovasiya Mərkəzinin müdiri
tex.f.d. Vüqar Musayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri
tex.f.d. Fərhad Yusifov, Doktorantura şöbəsinin müdiri
Nigar İsmayılova, sektor müdiri
Kəmalə Haşımova, sektor müdiri
Mətanət Ələsgərova, böyük elmi işçi
HESABATIN MƏZMUNU
|
|
Ümumi məlumatlar
|
4
|
|
İnstitutun əsas fəaliyyət istiqamətləri
|
4
|
|
İnstitutun prioritet elmi istiqamətləri
(2009-2015-ci illər)
|
5
|
|
Elmi-nəzəri fəaliyyət
|
6
|
|
Elmi-innovasiya fəaliyyəti
|
16
|
|
Tədris-İnnovasiya mərkəzinin fəaliyyəti
|
20
|
|
AzScienceNetelm kompüterşəbəkəsinin fəaliyyəti
|
28
|
|
www.science.gov.az portalının fəaliyyəti
|
32
|
|
www.ikt.az saytının fəaliyyəti
|
35
|
|
Multimedia mərkəzinin fəaliyyəti
|
38
|
|
Beynəlxalq elmi əməkdaşlıq
|
39
|
|
Elmi-təşkilati fəaliyyət
|
44
|
|
Elminpopulyarlaşdırılması üzrə fəaliyyət
|
47
|
|
İnstitutun maddi-texniki bazası
|
48
|
|
Elmi əsərlər
|
49
|
|
Mühüm elmi nəticələr
|
53
|
ÜMUMİ MƏLUMATLAR
1971
|
AMEA Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsi yaradılmışdır.
|
1982
|
AİS şöbəsi hüquqi şəxs kimi fəaliyyət göstərmişdir.
|
1997
|
AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) təşkil olunmuşdur.
|
2002
|
İTEM-in əsasında İnformasiya Texnologiya-ları İnstitutu yaradılmışdır.
|
İNSTİTUTUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Elmi-nəzəri fəaliyyəti
Elmi-innovasiya fəaliyyəti
Tədris-innovasiya fəaliyyəti
AzScienceNet elm kompüter şəbəkəsi
Veb-xidmətləri
Multimedia xidmətləri
Kompüter xidmətləri
İNSTİTUTUN PRİORİTET ELMİ İSTİQAMƏTLƏRİ (2009-2015-ci illər)
İnformasiya texnologiyaları istiqaməti üzrə problemlər
Mətnlərin intellektual analizi (TextMining) texnologiyaları
İnformasiya təhlükəsizliyi
Sosial şəbəkələrin analizi
Biometrik texnologiyalar
Sensor və Ad Hoc şəbəkələri
Linqvistik informasiya texnologiyaları
İnformasiya-kommunikasiya texnologiyaları
Audioinformasiya texnologiyaları
Süni intellekt və sosioinformasiya texnologiyaları
İntellektual informasiya sistemləri
İnformasiya cəmiyyəti istiqaməti üzrə problemlər
Elektron dövlət quruculuğu problemləri
Azərbaycan və virtual məkan
İnformasiya iqtisadiyyatı
Elektron elm problemləri
Təhsilin informasiyalaşdırılması
İnternetin multidisplinar problemləri
Elektron tullantı (e-waste) problemləri
ELMİ-NƏZƏRİ FƏALİYYƏTİ
4.1. “İnformasiya texnologiyaları” istiqaməti üzrə problemlər
4.1.1. Mətnlərin intellektual analizi (TextMining)texnologiyaları
Mətnlərin avtomatik referatlaşdırılması problemi xətti və qeyr-xətti diskret optimallaşma məsələləri kimi modelləşdirilmiş və onların həlli üçün alqoritmlər işlənmişdir.
İnformasiya təhlükəsizliyinin təmin olunmasındatextmining texnologiyalarının imkanları araşdırılmış və bu sahədə tədqiqatların perspektiv istiqamətləri müəyyən edilmişdir.
E-sənədlərin idarə edilməsi sistemlərinin intellektual-laşdırılması məqsədilə mətn sənədlərin intellektual analizi və idarə edilməsi üçün model və alqoritmlər işlənmişdir.
4.1.2. İnformasiya təhlükəsizliyi
Milli kibertəhlükəsizlik strategiyalarının işlənilməsi sahəsində ən yaxşı təcrübənin aşkarlanması məqsədi ilə mövcud milli kibertəhlükəsizlik strategiyaları müqayisəli analiz edilmişdir.
İnformasiya təhlükəsizliyi sahəsində terminologiyanın aktual problemləri analiz edilmiş, onların həlli istiqamətində bir sıra tövsiyələr verilmişdir.
Bulud texnologiyalarının təhlükəsiz-liyi üçün aktual olan identifikasiyanın idarə edilməsi, veb-proqramlar, virtuallaşma, etimadın idarə edilməsi kimi müxtəlif təhlükəsizlik məsələləri araşdırılmışdır, bu sahədə əsas problemlər müəyyən olunmuş və onların həlli üçün bir sıra yanaşmalar işlənilmişdir.
Bulud infrastrukturunda istifadəçilərin identifikasiya federasiyasını həyata keçirmək üçün multiagent sistemləri əsasında qurulmuş dinamik model təklif edilmişdir.
Bulud infrastrukturuna yönələn qeyri-leqal girişlərin bulud modeli əsasında qurulmuş müştərək filtrləmə alqoritmi ilə aşkarlanması üsulu təklif edilmişdir.
Fərdi məlumatların müxtəlif sosial mühitlərə sızma problemlərinin müasir vəziyyəti tədqiq edilmişdir.
Şəbəkə təhlükəsizliyinin monitorinqisistemlərində presedentlər nəzəriyyəsi əsasında insanın minimal iştirakı ilə qərarların qəbul edilməsi metodu təklif edilmiş, presedentlərin müxtəlif yaxınlıq ölçülərinin qəbul edilmiş qərarlara təsiri analiz edilmişdir.
Veb-saytların mövcud təhlükəsizlik boşluqlarının avtomatik analizi üzrə eksperimentlər aparılmış və aşkarlanmış boşluqların yüksək, orta, aşağı və məlumat xarakterli siniflər üzrə paylanması təhlil olunmuşdur.
Veb-saytların təhlükəsizliyininqiymətləndirilməsində istifadə olunan veb-reputasiya sistemləri, TrustRank və Anti-TrustRank alqoritmləri, verilənlərinintel-lektual analizi metodlarının vebtəhlükəsizlikdə istifadəsi vəziyyəti analiz edilmişdir.
İnformasiya təhlükəsizliyinin vəzifələri müəyyənləşdirilmiş, mövcud təhlükələr və onların hədəfləri araşdırılmış, loq-faylların analizi əsasında informasiya təhlükəsizliyinin təmin olunmasına dair metodlar təklif olunmuşdur.
4.1.3. Sosial şəbəkələrin analizi
Vebdə elmi tədqiqatçıların və təşkilatların sosial şəbəkələrinin aşkarlanması və analizi üçün metod və alqoritmlər işlənmişdir.
Sosial şəbəkələrin analizi üçün optimallaşma modeli və alqoritmi təklif edilmişdir.
4.1.4. Biometrik texnologiyaları
Şəxsin səsə görə tanınması sistemləri üçün stoxastik xətti diskriminant analiz (ProbabilisticLinearDiscriminantAnalysis, PLDA) əsasında kanal təhriflərinin kompensa-siyası metodu təklif edilmişdir.
Qeyri-səlis çoxluqlar üçün yeni sinif mənsubiyyət funksiyaları təklif edilmiş və tanıma sistemlərində tətbiq edilmişdir.
Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlər işlənmişdir.
Fotoportretlər əsasında insan sifətinin tanınması üçün verilənlər bazasında olan məlumatların klasterləşdirilmə-sindən istifadə etməklə tanımada identifikasiyanın effektivliyinin artırılması üçün alqoritm işlənmişdir.
Barmaq izlərinin diskretləşdirilmiş tekstur deskriptorla-rının aqreqasiyası və effektiv xətti blok kodları əsasında biometrik kriptosistemlərin sintezimetodutəklif edilmişdir.
4.1.5. Sensor və Ad Hoc şəbəkələri
Ad Hoc şəbəkələrində stabil və etibarlı əlaqəni təmin etmək üçün qeyri-səlis məntiqə əsaslanan alqoritm təklif edilmiş və müqayisəli təhlili aparılmışdır.
Naqilsiz sensor şəbəkələrində enerjiyə qənaət və tam əhatəliliyi təmin etmək üçün yeni LEA3C protokolu təklif edilmişdir.
4.1.6. Linqvistik informasiya texnologiyaları
İngilis-Azərbaycan dilli öyrədici mühitdə tədris prosesinin təşkilinin elmi-metodoloji əsasları və mövcud praktiki yanaşmalar təhlil olunmuşdur.
4.1.7. İnformasiya-kommunikasiya texnologiyaları
Kompüter şəbəkəsinin idarə edilməsi prosesinin avtomatlaşdırılmasının elmi-texniki və texnoloji probleminin müasir vəziyyəti analiz edilmişdir.
AzScienceNet şəbəkəsinin fəaliyyətinin səmərəliliyinin artırılması problemləri və həlli yolları analiz edilmişdir.
Kompüter şəbəkələrində Cloud Computing texnologiyalarından istifadənin elmi-nəzəri problemlərinin müasir vəziyyəti araşdırılmış və təhlil edilmişdir.
AzScienceNet şəbəkəsində Cloud Computing xidmətinin təhlükəsizlik məsələləri və həlli yolları təhlil edilmişdir.
Telekommunikasiya şəbəkələrində iki səviyyəli marşrutlaşmanın təşkili məqsədilə əlavə funksional imkanlara malik qovşaqların altşəbəkəsinin tapılması üçün aqreqasiya metodu təklif edilmişdir.
4.1.8. Audioinformasiya texnologiyaları
Paylanmış strukturlu VoIP şəbəkələrində səs keyfiyyətinin cəm şəbəkə gecikmələri və paket itkilərinin dəyişmə dinamikasına görə qiymətləndirilməsi üçün metod təklif edilmişdir.
VoIP şəbəkələrdə nitq tranzaksiyaları keyfiyyətinin subyektiv-instrumental qiymətləndirilməsi metodu təklif edilmişdir.
4.1.9. Süni intellekt və sosioinformasiya texnologiyaları
İT mütəxəssislər bazarında tələb və təklifin formalaşdırıl-ması prinsiplərinin və qarşılıqlı münasibətlərinin funksional modelləri işlənilmişdir.
İT mütəxəssislərin professional keyfiyyətlərinin aşkarlan-ması və professional portretinin formalaşması üçün model və metodlar işlənilmişdir.
İnsan resurslarının idarə olunması məsələlərinin təşkilatların təsnifləndirilməsi kontekstində təhlili və konseptual modeli işlənilmişdir.
İnsan resurslarının idarə olunması məsələlərində qiymətlən-dirmə obyektlərinin kriteriyalar vektoru fəzasında təsniflənməsi və nizamlanması məsələlərinin həllini özündə əks etdirən ümumiləşdirilmiş model işlənilmişdir.
4.1.10. İntellektual informasiya sistemləri
Xarici siyasətdə qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodları təklif olunmuşdur.
Terminoloji informatika sahəsində aparılan tədqiqatlar araşdırılmış və onların müqayisəli təhlili verilmişdir.
Tibbi informasiya sistemlərinin müalicə xidmətlərinə təsirinin öyrənilməsi üzrə model təklif olunmuşdur.
Müasir dövrdə yeni elektron kitabxana modeli təklif edilmiş və onun formalaşması prinsipləri işlənilmişdir.
4.2. “İnformasiya cəmiyyəti” istiqaməti üzrə problemlər
4.2.1. Elektron dövlət quruculuğu problemləri
E-dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlər işlənmişdir.
E-dövlətin informasiya təhlükəsizliyininsituasion idarə edilməsinin konseptual modeli işlənilmiş və modelin reallaşdırılması üçün informasiya təhlükəsizliyi situasiya-sının presedentlər kimi təsviri, presedent əlamətlərinin çəkilərinin optimallaşdırılması və situasiyaya uyğun presedentin seçilməsi metodu təklif edilmişdir.
E-dövlət mühitində informasiya təhlükəsizliyi insidentlərinin emal prioritetlərinə təsir edən faktorların iyerarxik strukturu təklif edilmiş və bu faktorlar əsasında insidentlərin ranqlaşdırılması metodu işlənmişdir.
E-dövlət mühitində kritik informasiya təhlükəsizliyi risklərinin ehtimal xarakteristikalarının kəmiyyət qiymətləndirilməsi üçün yanaşma təklif edilmişdir.
E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi strategiyalarının optimal seçilməsi üçün hiper-oyunmodeli işlənilmişdir.
E-dövlət mühitində CERT-komandalarının fəaliyyətinin əlaqələndirilməsi üçün onların vahid iyerarxik infrastruk-turdabirləşdirilməsi modeli təklif edilmişdir.
E-dövlətin formalaşdırılması və idarəetmə mexanizmlərinin işlənilməsi prinsipləri tədqiq olunmuşdur.
E-dövlətin idarə olunmasındaveb-texnologiyaların və sosial şəbəkələrin tətbiqi məsələsinə baxılmışdır.
Dövlət idarəçiliyinin transformasiyasına dair yanaşmalar analiz edilmiş və e-dövlətin effektli idarə olunması üçün əks əlaqə mexanizmləri təklif olunmuşdur.
E-dövlət mühitində fərdi məlumatlar əsasında aparılan intellektual analiz prosesində fərdi məlumatların qorunması problemləri araşdırılmışdır.
4.2.2. Azərbaycan və virtual məkan
Millidomen adlarının xarici vətəndaşlar tərəfindən alınmasının və milli kontentlərin Azərbaycandan kənarda olan serverlərdə yerləşdirilməsinin müasir vəziyyəti analiz olunmuş və aktual problemləri müəyyən edilmişdir.
Vikipediya istifadəçilərinin sosial-demoqrafik tərkibi araşdırılmış və onların ensiklopedik məqalələrin məzmununa, viki-mühitdə baş verən informasiya qarşıdurmalarına təsiri öyrənilmişdir.
Viki-mühitdə vandalizmlə bağlı problemlər, münaqişələrin aşkarlanması ilə bağlı yanaşmalar araşdırılmış, konfliktli situasiyaları aşkar etmək üçün bəzi metodlar təklif edilmişdir.
İnformasiya müharibəsi texnologiyalarının viki-mühitə təsiri problemləri analiz edilmiş, vikimetrik tədqiqatlar ilə əlaqədar yanaşmalar araşdırılmış, müvafiq təsnifat aparılmış, tədqiqat obyektləri göstərilmişdir.
Viki-mühitdəki müxtəlif məqalələrin reytinqinin analizi aparılmış və onun əsasında məqalələrin reytinqinə təsir edən bəzi faktorlar müəyyən olunmuşdur.
İnformasiya müharibəsi texnologiyalarının yaranması və inkişafının səbəbləri göstərilmiş, bununla əlaqədar meydana çıxan problemlər tədqiq edilmişdir. İnternet mühitində informasiya bolluğunun informasiya təhlükəsizliyinin təmin edilməsində rolu araşdırılmışdır.
4.2.3. İnformasiya iqtisadiyyatı
İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsinin aktual problemləri araşdırılmış, analiz edilmiş, müvafiq problemlərin həlli ilə bağlı təkliflər irəli sürülmüşdür.
İnformasiya iqtisadiyyatı və informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi araşdırılmış, Azərbaycanda informasiya iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.
İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transforma-siyası məsələləri araşdırılmış, müvafiq elmi yanaşmalar şərh edilmiş, mövcud iqtisadi sistemdəki yeni tendensiyalarla bağlı proqnozlar verilmişdir.
Azərbaycanın İKT sferasının inkişafında innovasiyafəaliyyə-tinin əsas istiqamətləri müəyyən edilmişdir.
İnnovativ informasiya iqtisadi-yatınınformalaşmasında və inkişafında İKT-nin təsirinin qiymətləndirilməsi üzrə yanaşma təklif olunmuşdur.
İKT sferasındainnovativ layihələrin seçilməsi və qiymətləndirilməsininümumiləşdirilmiş göstərici və kriteriyalarıişlənilmişdir.
İKT-yə və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf səviyyə-sinin qiymətləndirilməsi metodologiyasının əsasları işlənilmişdir.
4.2.4. Elektron elm problemləri
ElTədqiqatçıların elmi fəaliyyətinin qiymətləndiriliməsi üçün mövcud indekslər analiz edilmş və çəkili konsensus indeks təklif edilmişdir
Vətəndaş elminin konseptual məsələləri araşdırılmışdır.
E-elm mühitində informasiya təhlükəsizliyi problemləri araşdırılmışdır.
Azərbaycan dilli “Plagiatlıqla mübarizə sistemi”nin yaradılması üçün təkliflər işlənmişdir.
4.2.5. Təhsilin informasiyalaşdırılması
İnformasiya mədəniyyətinin ümumi mədəniyyətin tərkibində yeri və əhəmiyyəti məsələləri araşdırılmışdır. Müxtəlif sosial qrupların (şagirdlərin, tələbələrin, doktorantların və müxtəlif ixtisas sahiblərinin) informasiya mədəniyyətinin strukturu ilə bağlı mülahizələr irəli sürülmüşdür.
İnformasiya cəmiyyəti şəraitində fərdlərdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması üçün müvafiq təkliflər verilmişdir.
İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyi problemləri araşdırılmış, xarici ölkələrin və beynəlxalq təşkilatların təcrübəsi öyrənilmişdir. Ölkəmizdə uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi mexanizminin işlənməsi üçün təklif və tövsiyələr verilmişdir.
Dünyanın aparıcı universitetlərinin İKT sferası üzrə tədris proqramlarının monitorinqi aparılmışdır.
4.2.6. İnternetin multidisiplinar problemləri
İnternet riyaziyyatın meydana gəlməsi zərurəti, müasir vəziyyəti və aktual problemləri araşdırılmışdır.
İnternetin mahiyyətinə dair müxtəlif elmi baxışlar analiz edilmişdir.
İnternetin təsiri ilə müxtəlif fəaliyyət sahələrində baş verən transformasiya prosesləri analiz edilmişdir.
İnternet asılılığı ilə effektli mübarizə aparmaq üçün müvafiq təkliflər irəli sürülmüşdür.
İnternet azadlığının təmin olunmasına dair mövcud təcrübə araşdırılmış, ona təsir edən amillər və problemlər göstərilmişdir. İnternet azadlığının ölkənin iqtisadi göstəricilərindən asılılığı məsələsi tədqiq edilmiş və bəzi konseptual baxışlar şərh olunmuşdur.
4.2.7. Elektron tullantı (e-waste) problemləri
E-tullantıların idarə edilməsi problemlərinin Azərbaycan və bir sıra ölkələr üzrə həlli təcrübəsi tədqiq edilmişdir.
E-tullantıların informasiya təhlükə-sizliyi problemləri araşdırılmışdır.
ELMİ-İNNOVASİYA FƏALİYYƏTİ
5.1. İnstitutun iştirak etdiyi Dövlət Proqramları
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”
5.2.Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair görülən işlər
2013-cü ilin “İnformasiya-kommunikasiya texnologi-yaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı üzrə AMEA tapşırılan tədbirlərin icrasına dair Fəaliyyət Planı işlənilmişdir.
Fəaliyyət Planının müvafiq bəndləri üzrə vəzifələr icra edilmişdir.
5.3. AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələr
“Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi (EİF-2011-1(3)-82/07/1-M-78 )
“Elektron-dövlətin qurulması prosesləri-nin təşkili və idarə olunması mexanizmlərinin işlənilməsi” (EİF/GAM-2-2013-2(8) - FT) adlı layihənin icrasına başlanılmışdır.
“Veb-saytlarda sosial şəbəkələrin aşkarlanması və analizi üçün metod və alqoritmlərin işlənməsi” (EİF/GAM-2-2013-2(8) - FT) adlı layihənin icrasına başlanılmışdır.
“İnternet trafikin monitorinqi və analizi üçün metodların işlənilməsi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“Səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyələrin işlənilməsi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“Azərbaycanda elektron tullantıları problemlərinin həlli Konsepsiyasının işlənməsi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“Plagiatlıqla mübarizə texnologiyalarının elmi-nəzəri və texnoloji əsasları” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
“İnternet mühitində Azərbaycan Respublikasına qarşı reallaşdırılan informasiya müharibəsi texnologiyasının analizi” (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-FT) adlı layihə təqdim olunmuşdur.
3-cü İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsinə (EİF-RİTN-2-İKT-3-2013-8(14)) iki məqalə təqdim olunmuşdur.
5.4. AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr
“Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin yaradılması” adlı layihənin icrasına başlanılmışdır.
“ARDNŞ üçün intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli idarə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi” adlı layihənin icrasına başlanılmışdır.
5.5. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilən layihə
“Telekommunikasiya şəbəkələrində verilənlərin ötürülməsi üçün yeni metodların işlənməsi” adlı layihənin icrasına başlanılmışdır.
5.6. Dünyanın nüfuzlu jurnalları üçün elmi ekspertiza fəaliyyəti
11 jurnaldan göndərilən 27 məqaləyə rəy hazırlanmışdır
Dostları ilə paylaş: |