6.1.8.İl ərzində imtahan vermiş doktorant və dissertantların cinsi mənsubiyyətə görə faiz göstəriciləri aşağıdakı kimidir.
6.1.9. İl ərzində imtahan vermiş 1234 doktorant və dissertantın 1163 nəfəri Azərbaycan, 71 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.
6.1.10. Bu il imtahan vermiş doktorant və dissertantların elm sahələri üzrə say göstəriciləri aşağıdakı kimi olmuşdur.
6.2. Distant tədris
Tədris-İnnovasiya Mərkəzində məsafədən tədrisi həyata keçirməyə, çoxtərəfli onlayn konfrans və seminarlar təşkil etməyə imkan verən video-konfrans sistemi vasitəsi ilə Naxçıvan MR-da yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara distant dərslər keçilib.
Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının müəllimləri tərəfindən NDU-nun “İqtisadiyyat” fakültəsinin tələbələrinə distant mühazirələr oxunub.
6.3. E-dövlət üçün kadr hazırlığı
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsil mərkəzində “Elektron hökumət” istiqaməti üzrə təşkil olunan ixtisasartırma kurslarında mühazirələr oxunmuşdur.
AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Onlayn media” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil edilən təlimlərə və müsabiqəyə dəstək göstərilmişdir.
6.4.Regionlarda İT kursların tədrisinə dəstək
2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiya-ları ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanın rayonlarında müəllimlərin və dövlət müəssisə-lərinin əməkdaşlarının İT üzrə bilik və bacarıqlarının artırılması üçün kurslar təşkil edilmişdir.
Dostları ilə paylaş: |