Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə5/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10

Şək.2. Alcea hyrcana (Grossh.) Grossh.
Loranthaceae. Viscum alba L. – Öküsəotu. əsasən vələs, bəzən də palıd və armud ağaclarının budaqlarında simbioz olaraq yaşayır. Qış aylarında meşədə məskunlaşmış cütdırnaqlıların qida rasionunda xüsusi yer tutur. Yarpaqları və gövdəsi suda dəmlənərək cövhəri (maye ekstrat) I və II dərəcəli hipertonik xəstəliklər vaxtı hipotonik vasitə kimi istifadə edilir. Yarpaqlarının suda dəmlənməsindən qanbərpaedici vasitə kimi istifadə edilir, anti-spazmatik xüsusiyyətə malikdir, damarları genişləndirir və qan təzyiqini aşağı salır [4].


Malvaceae. Alcea lencoranica İlyin. – Lənkəran gülxətmisi. Lənkəran düzənliyində, dəniz sahillərinə yaxın olan qumsal yerlərdə bitir. Bütün orqanları mədə şirəsinin ximaz aktivliyini yüksəldir və nisbətən iri şişlərə qarşı aktiv olan polisaxaridlərə malik olması sübut olunmuşdur [5]. Çiçəklərinin və yarpaqlarının dəmlənməsi və buğlanmasından soyuqdəymələr zamanı istifadə edilir.

Alcea hyrcana (Grossh.) Grossh. – Hirkan gülxətmisi. Dağətəyi və aşağı dağ qurşaqlarındakı quru yamaclarda, bəzən sərt qayalıqlarda tək-tək və ya kiçik qrup halında rast gəlinir. Gövdəsində və qabığında polisaxaridlər vardır. [5]. Çiçəklərinin dəmlənməsi frunkolların, çiçək və toxumlarının dəmlənməsi isə öskürək və pnevmaniya vaxtı istifadə edilir.

Moraceae. Ficus hyrcana Grossh. – Hirkan ənciri. Dağətəyi qurşaqda qarışıq meşə tərkibində tək-tək rast gəlinir. Yarpaqlarının dəmlənməsindən sancılar, malyariya, bronxial astma və ürək xəstəlikləri vaxtı istifadə edilir [6].

Oleaceae. Ligustrum vulgare L. – Adi birgöz. Çiçəklərinin və yarpaqlarının dəmlənməsi laringit, stomatit vaxtı sinqaya və qızdırmaya qarşı istifadə olunur. Meyvələri zəiflədici kimi, qabığını şərabda saxladıqda pnevmaniya və bronxitə qarşı istifadə olunur. Yarpaqlarının dəmlənməsindən qadın xəstəlikləri, anqina, frangit, stomatotit, ürək-damar xəstəlikləri vaxtı istifadə edilir.

Fraxinus excelsior L. – Adi göyrüş. Qarışıq meşə tərkibində yayılmışdır. Qabığından müxtəlif qanaxmalar, babasil, venaların varikoz genişmələrinin müalicəsi üçün istifadə edilən eskulin alınır. Xalq təbabətində dəmlənməsi, cövhəri və tozu büzüşdürücü, yarasağaldıcı, tonusbərpaedici, qızdırmaya qarşı (xininin əvəzedicisi kimi) istifadə olunur [3].





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin