Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə6/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10
Şək.3. Cydonia oblonga Mill.
Papaveraceae. Chelidonium mayus L. – Dəmrovotu. Rütubətli qayalıqlarda, sıldırım ətəklərində, əsasən çayların quru məcrəsində, bəzən də kolluqda rast gəlinir. Elmi təbabətdə istifadə edilir, antibakterial xüsusiyyətə malikdir. Təzə şirəsi və suda dəmlənməsi potogen mikroblara qarşı bakteristatik və insektisid xüsusiyyətə malikdir. Otu, kökündən suda dəmlənməsi şəklində qaraciyər və öd xəstəlikləri vaxtı ödqovucu və spazmolitik vasitə kimi istifadə edilir. Dəmrovotundan alınmış preparatlar bəd xassəli şişlərin inkişafının qarşısını alır və vərəm bakteriyalarına təsir etmək xüsusiyyətlərinə malikdir [4].




Şək.4. Rosa canina L.
Primulaceae. Primula heterechoma Stapf. – Əlvan novruzgülü. Dağətəyi və aşağı dağ qurşaqlarda qarışıq meşələrin ot örtüyü tərkibində geniş yayılmışdır. Tibbi məqsədlə yarpaqları və çiçəklərindən istifadə edilir. Yarpaqlarının dəmlənməsi avitaminoz vaxtı, görmə qabiliyyətini və iştahın yaxşılaşdırılması üçün istifadə edilir. Spirtli cövhəri bəlğəmtəmizləyicidir.

Punicaceae. Punica granatum L. – Adi nar. Quru yamaclarda və bəzən meşə ətrafı kolluqların tərkibində rast gəlinir. Gövdəsinin və köklərinin qabığı lent qurdlarına qarşı istifadə olunan alkoloidlərə malikdir. Xalq təbabətində meyvələrinin qabığının dəmlənməsindən qarınişləmə, yaraların sağalması, qurdlara qarşı, angina vaxtı qarqara etmək üçün və soyuqdəymələr vaxtı istifadə edilir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin