Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə14/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
Qeyd və şərhlər:

1. Müsəlman Xeyriyyə Cəmiyyəti – 1905-ci ildə Bakıda təsis olunan mədəni-maarif və sosial yardım sahə­lərində fəaliyyət göstərən könüllü ictimai qurum. Cəmiyyəti, əsasən, Bakı milyonçuları maliyyələşdirirdi. Cəmiyyətin idarə heyəti “İsmailiyyə”də yerləşirdi və bütün tədbirləri bu binada keçirilirdi. Cəmiyyətin ilk iclasında Hacı Zeynal­abdin Tağıyev idarə heyətinin sədri seçilmişdir. Cümhu­riyyət dövründə cəmiyyətin sədri vəzifəsini Qasım Qasımov icra etmişdir.

2. “Nəşri-maarif” cəmiyyəti - Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiy­yəti. Tam adı - “Bakı quberniyası müsəlman əhalisi ara­sında savadı yayan “Nəşri-maarif” cəmiyyəti”. Qurumun idarə heyətinə 1906-cı ildə keçirilən ilk seçkilərdə Hacı Zeynalabdin Tağıyev onun sədri, həmçinin ömürlük fəxri üzvü seçilmişdir. “Nəşri-maarif”in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. H.Z.Tağıyevin rəhbərliyi altında cəmiyyətin tərkibinə daxil olan Bakı zənginləri (Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağa Hüseyn Tağıyev, Yusif ağa Dadaşov və b.), həmçinin ziyalılar (Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə və b.) Bakıda və bölgələrdə yeni məktəblərin, kursların, kitabxanaların açılmasında, imkansız şagirdlərə yardım göstərilməsində, xeyriyyə axşamlarının təşkilində fəal iştirak etmişlər.

3. H.Z.Tağıyev Quranın Azərbaycan dilində nəşrini özünün mənəvi borcu saymış, bu mürəkkəb əsərin tər­cüməsini Axund Mir Məhəmməd Kərim Mir Cəfər­zadəyə həvalə etmişdir. Dövrün görkəmli din xadimləri Mirzə Əbu Turab Axundov və Axund Molla Ruhulla Məmmədzadə mütərcimə bu işdə yardım göstərmişlər. Tər­cümə üçcildlik kitab şəklində 1904-cü ildə Bakıda "Kitabi-kəşfül-həqayiq. Təfsiri-Qurani-Şərif" adı ilə çap olun­muş­dur.

4. N.Şeyxzamanlının iqtibas gətirdiyi H.Z.Tağıyevin müraciəti hələlik aşkar olunmayıb.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin