14. Nuru paşa (1889-1949) - Osmanlı ordusunun general-leytenantı, 1918-ci ilin sentyabrında Bakını azad etmiş Qafqaz İslam Ordusunun komandanı.
15.Təzəpir məscidi – Bakının ən iri məscidi. 1905-1914-cü illərdə xeyriyyəçi Nabat xanım Aşurbəyovanın vəsaitinə inşa olunub. Hazırda burada Qafqaz Müsəlmanları Ruhani İdarəsi də yerləşir.
16. “Tağıyev passajı” – H.Z.Tağıyevə məxsus ticarət evi. 1896-1898-ci illərdə memar Kazimir Skureviçin layihəsi əsasında tikilib. İndi M.Ə.Rəsulzadə küçəsindəki “Yeni BUM” ticarət mərkəzi.
17. Dadaş Bünyadzadə (1888-1938) - siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və Sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmişdir. 1920-ci il Aprel işğalından sonra bir sıra yüksək vəzifələrdə, o cümlədən Azərbaycan SSR Dövlət Plan Komissiyasının sədri, Xalq Komissarları Soveti sədrinin müavini, daha sonra sədri və s. vəzifələrdə çalışmışdır.