Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə2/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   2   3   4   5   6   7   8   9   ...   96
HACI ZEYNALABDİN TAĞIYEVİN

İLK BİOQRAFI
Hacı Zeynalabdin Tağıyev haqqında ilk bioqrafik məzmunlu əsərin müəllifi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanov (1870-1925) olmuşdur. O, H.Z.Tağıyevin maddi köməyi və Bakı şəhər idarəsinin təqaüdü ilə 1902-1908-ci illərdə Odes-sadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil almışdır. Universiteti bitirəndən sonra Bakıya qayıdan N.Nərimanov şəhər xəstəxanasında, eyni zamanda H.Z.Ta­ğı­yevin 1901-ci ildə açdırdığı Aleksandrinski rus-müsəlman qız məktəbində həkim vəzifəsində çalışmışdır.1

H.Z.Tağıyev N.Nərimanovun ictimai və yaradıcılıq fəaliyyətinə hərtərəfli dəstək vermişdir. N.Nərimanovun “Nadir şah” tarixi dramı H.Z.Tağıyevin vəsaiti ilə çap edil-miş və onun xahişi ilə 1905-ci ilin fevralında fars dilinə tər­cümə olunmuşdur.2 Həmin əsərin teatrda səhnələşdirilməsi uzun müddət Rusiyanın hökumət senzorları tərəfindən qa­da­ğan olunsa da, nəhayət, 1906-cı ilin yanvarında pyes ilk dəfə məhz Tağıyev teatrının səhnəsində rus dilində oyna-nılmışdır.1

1905-1907-ci illər rus inqilabı dövründə N.Nəri-manov H.Z.Tağıyevin maliyyələşdirdiyi “Kaspi” və “Həyat” qəzet-lərində mövcud ictimai-siyasi quruluşa qarşı tənqidi, bəzən isə hətta radikal xarakterli məqalələrlə çıxış etmişdir.

1906-cı ilin martında N.Nərimanov H.Z.Tağıyevin fəxri sədri olduğu “Nicat” xeyriyyə cəmiyyətinin idarə heyətinin üzvü seçilmişdir.

N.Nərimanovla H.Z.Tağıyev arasında 1906-cı ilin av-qustunda Bakıda keçirilən müsəlman müəllimlərinin qurul-tayında baş vermiş insidentə baxmayaraq, onların arasında olan münasibətlər yenə də qarşılıqlı hörmətə söykənirdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra N.Nərimanov yeni hökumətin başçısı təyin olunmuş-du. Məhz onun səyi nəticəsində H.Z.Tağıyev bolşeviklərin təqiblərindən xilas edilmişdi. H.Z.Tağıyevin bütün varidatı sovet rejimi tərəfindən müsadirə olunsa da, N.Nərimanov ona və ailəsinə Mərdəkandakı bağ evində qalmağa imkan yaratmışdı.

Nəriman Nərimanovun 1900-cü ildə Bakıda Axundov mətbəəsində Azərbaycan dilində çap etdirdiyi “Hacı Zey­nal­abdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı böyük xeyriyyəçinin uşaqlıq illərindən başlayaraq, XX əsrin əvvəllərinədək keçdiyi həyat yoluna yığcam bir baxışdır. Adından göründüyü kimi, əsər H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyətinin 50 illiyi münasibətilə və 1901-ci ilin sentyabrında keçiriləcək yubiley tədbiri ərəfə­sin­də yazılıb. Kitabın xeyli hissəsi millətə xitabən deyilən nəsihətamiz və ibrətamiz sözlərdən ibarətdir. N.Nə­ri­manov H.Z.Tağıyevin palçıq daşıyandan milyonçu-sa­hibkara qədər keçdiyi yolu, qazandığı nailiyyətləri, rast­laşdığı çətinlikləri ətraflı təsvir edərkən onu digər zənginlərə bir nümunə kimi göstərir.

Əsərdə müəllifin tez-tez işlətdiyi pafoslu epitetlər N.Nərimanovun H.Z.Tağıyevin maddi köməyi ilə oxuma-sına cavab olaraq öz qəhrəmanını həddindən artıq mədh etməsi kimi başa düşülə bilər. Lakin bu, kökündən yanlış fikirdir, çünki əsər nəşr olunanda N.Nərimanov hələ təhsil almırdı və yuxarıda deyildiyi kimi, Novorossiysk Uni-versitetinə 2 il sonra - 1902-ci ildə daxil olmuşdu. İkincisi isə, N.Nərimanovun kitabda sadaladığı faktlar H.Z.Ta-ğıyevin həqiqətən gördüyü işlərin təsviridir və burada heç bir şişirtməyə yol verilməyib.

N.Nərimanov H.Z.Tağıyevin Azərbaycan milləti və bütövlükdə müsəlmanlar üçün gördüyü xeyirxah işlər haqqında bəhs edərkən bir vacib məqama da toxunur. Əslində bu məqam əsərin aktuallığını, ideya xəttini, onun təkcə H.Z.Tağıyevin yubileyinin keçirilməsi xətrinə yazıl-madığını əyani nümayiş etdirir. Müəllif yazır ki, H.Z.Ta-ğıyevin varlığı azərbaycanlıların və bütün müsəlmanların başqa millətlər yanında başlarını uca edir: “...Qeyrətli Hacının vətənə, millətə və insana olan səxavətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işlərinə yaramayan tayfadır?”

N.Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ikinci dəfə 1993-cü ildə filologiya elmləri namizədləri Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlunun tərtib etdikləri “Hacı Zeynalabdin Tağıyev” məcmuəsində işıq üzü görmüşdür.1 1994-cü ildə isə əsər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun redaktorluğu ilə ayrıca broşür şəklində çap olunmuşdur.2 Hazırkı mətn adları çəkilən iki nəşr əsasında hazırlanaraq, cüzi redaktə edilmiş və müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantda təqdim olunmuşdur.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin