Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


H.Z. Tağıyev müsəlman qız məktəbinin banisidir



Yüklə 0,68 Mb.
səhifə37/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   33   34   35   36   37   38   39   40   ...   96
H.Z. Tağıyev müsəlman qız məktəbinin banisidir

Arxiv sənədlərinin itməsi və zaman keçdikcə tarixi yad­­daşın silinməsi müsəlman qız məktəbinin banisi haq­qın­da məsələyə qeyri-aydınlıq gətirir və onun yaradıcısı Hə­sən bəy Məlikov hesab olunur. Mən, məktəbin müəllimələri və şagirdləri ilə birgə bu məsələyə aydınlıq gətirmək istə­yirəm. Müsəlman qız məktəbinin banisi Hacı Zeynalabdin Tağıyev idi. Müəllimələr və məktəbin müdirəsi əmək­haq­larını H.Z.Ta­­ğı­yevin vəsaitlərindən alırdılar. Məktəb H.Z.Ta­ğıye­vin himayəsi altında idi və siyasi ideyaların təb­liği üçün isti­fadə olunmurdu. H.Z.Tağıyev şagirdlərlə söh­bətində on­ları təhsil almağa çağırır, oxumağın faydaları ba­rədə danı­şır­dı.

Sara Tağıyeva–Sarayeva.

Nərimanov prospekti, Köndələn döngə (1).

8 iyun 1957-ci il.
Mən, Voroşilov rayonu 132 №-li məktəbin (2) müəllimi H.Z.Tağıyevin müsəlman qız məktəbinin məzunu olmuşam.

Təsdiq edirəm: Gövhər İsmayıl qızı Usubova.

Mirzə Şəfi küçəsi, 6.

11 iyun 1957-ci il.


Mən, həkim Firəngiz Novruzova 1908-1913-cü illərdə H.Z.Tağıyevin təsis etdiyi qız məktəbində oxuduğumu təsdiqləyirəm.

İmza. Kolodeznaya küçəsi (3), ev 11.

12 iyun 1957-ci il.
Mən, professor Sona xanım Axundova (4) H.Z.Tağıyevin məktəbində təhsil aldığımı təsdiq edirəm.

İmza.


Əzizbəyov küçəsi (5), ev 4.

12 iyun 1957-ci il.


Mən, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun keçmiş elmi işçisi, hal-hazırda təqaüdçü İzzət Məcidova (əvvəlki soyadım Dadaşova) təsdiqləyirəm ki, 1908-1913-cü illərdə H.Z.Tağıyevin təsis etdiyi Alek­san­drin­ski rus-müsəlman qız məktəbində təhsil və tərbiyə almışam.

İmza.


13 iyun 1957-ci il.

Mən pedaqoq Yusif Əfəndiyevin qızıyam. Atam Azər­baycanın ilk pedaqoqlarından biri olmuş, Səməd Vurğuna (6) dərs demişdir. Mən və bacım indi Ali Sovetin binasında yerləşən H.Z.Tağıyevin qız məktəbində pulsuz oxumuşuq.

İmza: Xeyransa Dilbazi.

Ostrovski küçəsi (7), 31.

15 iyun 1957-ci il.
Mən, pedaqoq və şair Məmmədtağı Sidqinin (8) qızı, əvvəllər Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnsti­tutunun kiçik elmi işçisi işləmiş, hal-hazırda isə təqaüddə olan Dostu Səfərova təsdiq edirəm ki, 1911-1916-cı illərdə indi Azərbaycan SSR Ali Sovetinin yerləşdiyi H.Z.Tağı­yevin qız məktəbində oxumuşam.

İmza.


Füzuli küçəsi, 3.
Mən, N.Nərimanov adına Azərbaycan Tibb İnsti­tutunun (9) göz xəstəlikləri kafedrasının müdiri, professor Ümnisə Süleyman qızı 1910-1914-cü illərdə hal-hazırda Az­ər­baycan SSR Ali Sovetinin yerləşdiyi H.Z.Tağıyevin qız məktəbində tərbiyə almışam.

İmza: Ümnisə Musabəyova (10).

Gertsen küçəsi (11), 22.

15 iyun 1957-ci il.


Mən, Şaumyan adına xəstəxananın (12) doğum şöbə­si­nin müdiri Sofya Ruhulla qızı Axundova H.Z.Tağıyevin təsis etdiyi məktəbin şagirdi olmuşam. Oranı bitirdikdən son­ra mən təsisçinin məktəbin nəzdində açdırdığı pedaqoji kurslarda təhsilimi davam etdirmişəm. Məktəbə 1908-ci ildə daxil olub, 1917-ci ildə bitirmişəm.

İmza: Axundova (Əliyeva) S.

Qorki küçəsi (13), 26.

15 iyun 1957-ci il.

Mən, Bakı şəhəri Şaumyan rayonu (14) 56 №-li mək­təbin müəllimi, 40 illik pedaqoji staja malik olan Əliyeva İqlimə Bəybala qızı (15) təsdiq edirəm ki, H.Z.Tağıyevin məktəbində təhsil almış və onun hesabına oxumuşam. Hə­yatda mənə düzgün istiqamət, həyata vəsiqə verdiyinə, göz­lərimi açdığına görə ömrüm boyu ona borcluyam və min­nət­daram.

İmza.


Musəvi küçəsi (16), 4.

17 iyun 1957-ci il.


Mən və bacım Xavər H.Z.Tağıyevin məktəbində oxumuş və pansionda qalmışıq. Məktəbi bitirdikdən sonra məni müəllimə kimi məktəbdə saxladılar. İndi özüm də, bacım Xavər Qarayeva (17) da həkimik. Mən, Ş.Şabanova təsdiqləyirəm ki, məktəbi H.Z.Tağıyev təsis etmişdir.

İmza: doktor Şabanova.

Asəf Zeynallı küçəsi, 21.

18 iyun 1957-ci il.


Mən, Ruqiyyə Qafar qızı Bünyadzadə H.Z.Ta­ğı­ye­vin məktəbində oxumuşam. Həmin məktəbin onun təsis etdi­yini təsdiqləyirəm. O, məktəbə gəlir və bizi oxumağa ça­ğı­rırdı.

İmza.


Mustafa Sübhi küçəsi, 20.

29 iyun 1957-ci il.


Mən, Sona İsgəndər qızı Axundova (18) H.Z.Ta­ğıyevin təsis etdiyi məktəbdə təhsil almışam. Oxuduğum vaxtlarda həmin məktəb ana dili və ədəbiyyatı, Mirzə Fətəli Axundovun, Sabirin, Füzulinin, eləcə də rus ədiblərindən Qoqolun, Puşkinin, Tolstoyun və başqalarının əsərlərini öyrənməyə imkan verən yeganə məktəb idi. Digər milli qız məktəbləri olmadığından atam məni bu məktəbə yazdırdı. Burada keçirdiyim uşaqlıq çağlarından ən xoş təəssüratları qoruyub saxlamışam. Xatırlayıram ki, H.Z.Tağıyev bizi təhsil almağa çağırırdı. O, deyirdi: “Təhsilsiz siz yaxşı ana ola bilməyəcəksiniz”.

İmza: Qarayeva.

Füzuli küçəsi, 47.
Mən, N.Nərimanov adına Azərbaycan Tibb İnsti­tutunun assistenti Səkinə Cəlil qızı Əlikişibəyova 1911-1915-ci illərdə Azərbaycan SSR Ali Sovetinin indiki binasında yerləşən H.Z.Tağıyevin təsis etdiyi məktəbdə təhsil almışam.

İmza.


22 iyun 1957-ci il.
Mən, Bakı şəhəri 25 №-li məktəbin müəlliməsi Pat­i­mat Məlikova 46 illik pedaqoji staja malikəm. Çoxillik qü­sur­suz əməyimə görə Lenin ordeni ilə təltif olunmuşam. Mən öz adımdan, müasirlərim, əvvəlki dövrdə yaşamış adam­­ların adından gənclərə, alimlərə demək istəyirəm ki, həqiqətən də, müsəlman qız məktəbinin təsisçisi H.Z.Tağı­yev idi. O, bizə - öz yetirmələrinə həyatda düzgün istiqamət göstərdi, gözlərimizi açdı. Həmin məktəb öz zəmanəsi üçün çox mütərəqqi idi. O, ruhani məktəblə mübarizə aparan, müsəlman qızının parta arxasında oturub elmə yiyələndiyi ilk dünyəvi qadın məktəbi idi. Bu məktəb dini təhsilin hökm sürdüyü çoxəsrlik ənənələrin qırılması hesabına təsis olu­nurdu. Başqaları kimi, mən də H.Z.Tağıyevin vəsaitinə oxu­­­­muşam. Bu məktəb Dağıstana ilk müsəlman müəl­li­mə­lərini verdi (19).

İmza.


Poluxin küçəsi (20).

26 iyun 1957-ci il.



Mən, Gülsüm Səmədova (indi Səfərova) başqaları kimi təsdiqləyirəm ki, Azərbaycan SSR Ali Sovetinin bina­sında vaxtilə yerləşən qız məktəbinin əsasını H.Z.Tağıyev qoy­muşdur. Təhsilin xeyrini anlayan atam məni həmin mək­­təbə yazdırmışdı. Buna görə ətrafdakılar bizə nifrət etməyə başladı, çünki o vaxtlar dünyəvi təhsil rüsvayçılıq hesab edilirdi. Məktəbdə sonadək oxuya bilmədim, çünki məni oradan götürdülər. Lakin sinif yoldaşlarım Tağıyevin hesabına təhsillərini davam etdirib, həmin məktəbi biti­r­dilər.

İmza.


30 iyun 1957-ci il.

ARDƏİA: f. 675, s. 2, s. v. 105, vv. 34-39
Qeyd və şərhlər:


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin