1. N.Nərimanov prospekti – indiki Hüseyn Cavid prospekti.
2. Voroşilov rayonu 132 №-li məktəb – indiki Səbail rayonu ərazisində yerləşən 132-134 №-li təhsil kompleksi.
3. Kolodeznaya küçəsi – indiki Leopold və Mstislav Rostropoviçlər küçəsi.
4. Sona Axundova (Bağırbəyova) (1896-1982) – həkim-oftalmoloq, tibb elmləri doktoru, professor. Aleksandrinski qız məktəbini, sonra isə Müqəddəs Nina qız məktəbini bitirib. Ali təhsilini Kiyev Universitetində alıb. Azərbaycanın ilk qadın həkimlərindən biridir.