Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Patimat Məlikova əslən Dağıstandan idi. 20



Yüklə 0,68 Mb.
səhifə41/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   37   38   39   40   41   42   43   44   ...   96
19. Patimat Məlikova əslən Dağıstandan idi.

20. Poluxin küçəsi – indiki Murtuza Muxtarov küçəsi.
Məktəbin müəllimi Xədicə Ağayevanın (1) xatirələrindən (2)
...Məktəb 1901-ci ildə açılmışdı. Məktəbin birinci müdiri Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanım Məlikova (3) idi. Onun müavini Məryəm xanım Sulkeviç idi. Məktəbdə əvvəl 5 nəfər müəllim çalışırdı:

1. Məryəm xanım Sulkeviç birinci siniflərdə rus di­lin­dən və hesabdan dərs deyirdi.

2. Şəfiqə xanım Əfəndiyeva (4) bütün siniflərdə ana dilindən dərs deyirdi.

3. Rəhilə xanım Terequlova (5) yuxarı siniflərdə rus dilini və coğrafiyanı tədris edirdi.

4. Səkinə xanım Axundova (6) bütün siniflərdə şəriət dərsi deyirdi.

5. Xədicə xanım Əbdurrəhmanova ikinci siniflərdə rus dilindən və hesabdan dərs deyirdi.

Bütün siniflərdə əl işi dərsi keçilirdi. Müdir isə mək­təb­də heç bir fəndən dərs demirdi. Məktəbdə xəstəxana və am­bu­latoriya var idi. Ambulatoriya məktəbin daxilində, müdi­rin kabinetinin yanında yerləşirdi. Burada tibb bacısı tələ­bə­ləri qəbul edirdi. Bundan əlavə məktəbin ikinci mərtə­bə­sində həkimin kabineti var idi. Bu kabinetdə uşaqları terapevt-həkim qəbul edirdi. Burada diş həkimi də var idi. Məktəbin həyətində birmərtəbəli xəstəxana yerləşirdi. Xədi­cə xanım və bir çox tələbələr parotit xəstəliyinə tutularkən hə­min xəstəxanada müalicə olunmuşlar.

Qulluqçuların çoxusu Kazan tatarları idi... Müəllim­lərin və tələbələrin yeməkləri məktəbdən idi. Hər müəllimə ayrı-ayrı otaqlar verilmişdi. Rəhilə xanım və Xədicə xanım öz istəkləri ilə bir otaqda yaşayırdılar. Müdirin özünün isə 2 otağı var idi.

Müəllimlər hər ay 46 rubl və bir neçə qəpik, ildə isə 500 rubl maaş alırdılar. Yeməklərin qiymətini maaşlarından çıxmırdılar...

...Məktəbin məscidi var idi. Uşaqlar Orucluq vaxtı oruc tutur, məhərrəmlikdə məhərrəmlik edirdilər. Şəhərin övrətləri Məhərrəm günləri məktəbə gəlirdilər. Məhərrəmlik qurtarandan sonra müdir onlara məktəbi göstərirdi (xalqı məktəbə cəlb etmək üçün). Həmin vaxtlarda bütün Bakı övrətləri çadra altında idi. Hacı Tağıyev ilk vaxtlarda müəl­lim­lərə çadra örtməyi məsləhət görürdü, çünki müəllimlərin üzü açıq gəzdiyini görən valideynlər öz uşaqlarını məktəbə ver­məzdilər.



Birinci qəbul zamanı bakılılar öz uşaqlarını məktəbə vermədilər ki, oraya gedən “kafir olar”. Müəllimlər də təx­mi­nən yarım il çadra altında gəzirdilər, sonra isə şərflə gəz­məyə başladılar. Həmin məktəbə bütün yerlərdən uşaqlar yı­ğı­lırdı. Dövlətlilərin uşaqları oxumaq üçün pul verir, kasıblar isə vermirdilər. Ruhanilər məktəbin açılmasının əleyhinə idi və camaatın içərisində təbliğat aparırdılar ki, valideynlər öz uşaqlarını bu məktəbə verməsinlər. Ona görə də Bakı əhalisi məktəbə uşaqları göndərmirdi.
MATM NF, №№ 20026-20029


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin