Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Qız məktəbinin məzunu, daha sonra orada



Yüklə 0,68 Mb.
səhifə44/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   40   41   42   43   44   45   46   47   ...   96
Qız məktəbinin məzunu, daha sonra orada

müəllimlik etmiş Nabat Nərimanovanın (1) xatirələri (2)
Nabat xanım Nərimanova Xədicə xanım Ağaye­va­nın (Tağıyev məktəbinin keçmiş müəllimi) dediklərini təs­diq­ləyir və əlavə edir ki, yuxarı sinif şagirdlərinə həmçinin tikiş və biçmə dərsləri keçilirdi. Bundan başqa klassik əsər­lər keçildikcə, şagirdləri “Yevgeni Onegin”, “Demon”, “Otel­lo” və başqa tamaşalara baxmaq üçün faytonda teatra apa­rır­dılar. Tamaşalardan sonra şagirdlər həmin əsərlərin baş qəhrəmanlarını yazılı xarakterizə edirdilər. Müəllimələr şa­girdləri ekipajlarda müşayiət edir, sonra isə lojalarda əyləşib qızlara tamaşaya dair izahatlar verirdilər. İlin sonunda bü­tün siniflərdə bilet sistemi ilə imtahanlar keçirilirdi. İmta­hanlarda Tədris Dairəsinin müdiri Txorjevski (3), müfəttiş Kançalov, bəzən Hacının özü də iştirak edirdi. Onlar imta­hanın sonunadək qalır, hər şagirdi sual-cavab edir və sonda razı halda gedirdilər.

Yuxarı sinif şagirdləri hər həftə iki-iki mətbəxdə növ­bət­çilik edirdilər. Onlar kulinariyanı öyrənməli idilər, lakin özləri iş görmürdülər. Hər gün nahardan sonra şagirdlər bir-iki saat həyətdə oynamağa çıxırdılar.

İki-üç gündən bir qızların dişlərinin vəziyyətini yox­la­maq üçün həkim gəlirdi. Terapevt sistematik olaraq şagird­lərin səhhətini yoxlayırdı. Şübhəli diaqnozla olan uşaqlar xüsusi boks-təcridxanalarda saxlanılırdı. Sağlam uşaqlar arasında xəstəliklərin yayılmasının qarşısını almaq üçün bokslarda ayrıca personal xidmət göstərirdi.

Həftədə bir dəfə hamama gedilirdi, paltarlar yuyulur, kraxmallanır və ütülənirdi.

Aşağı sinif şagirdlərini hamamda xüsusi dayələr çimizdirirdilər. Onlar həmçinin səhərlər kiçikyaşlı qızların saçlarını darayırdılar.

Məktəb qapalı tipli olduğundan oraya giriş məhdud idi. Uşaqların qohumları müdirin icazəsi ilə içəri bura­xı­lır­dı. Nabat xanım Nərimanova həmin məktəbdə 1901-1907-ci illərdə oxumuş, 1908-ci ildən 1917-ci ilədək isə dərs demiş­dir. Bu illərdə məktəbin bir neçə müdiri dəyişmişdir:



  1. Hənifə xanım Məlikova.

  2. Məryəm xanım Sulkeviç.

  3. Səlimə xanım Yaqubova (4).

  4. Gülxanım Axrıyeva (5).

Nabat xanımın oxuduğu illərdə məktəbdə yemək çox yaxşı idi. Şagirdlər məktəbdə keçirilən tamaşa və kon­sert­lərdə çıxış edirdilər. Məsələn, Nəriman Nərimanovun “Şam­­dan bəy” (“Dilin bəlası”) pyesi və başqa əsərləri tama­şaya qoyulurdu. Həmin tamaşalarda Nabat xanım əsas rol­ları ifa edirdi.

Sona xanım (H.Z.Tağıyevin həyat yoldaşı) (6) və müəl­lim heyəti bu tamaşalara böyük köməklik göstərirdilər. Şəhərdə yaşayan qadınlar bu tədbirlərə dəvət olunurdular.

Hacı tez-tez şagirdlərlə söhbət edir, məktəbdə onların incidilib-incidilməməsi barədə maraqlanır, evlərindəki vəziyyət haqqında çoxlu suallar verirdi. Nabat xanım imkansız ziyalı ailədən idi və pulsuz oxuyurdu.
ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 7-9


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin