1. Nabat Nərimanova (1890-1975) – pedaqoq, maarifçi, həkim. Bacısı Qumru ilə birlikdə Aleksandrinski məktəbində təhsil almışdır. Məktəbin ilk məzunlarındandır. Bir müddət Tiflisdə, Şəkidə müəllim işləmiş, sonra isə Aleksandrinski məktəbində dərs demişdir. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi. Pedaqoji fəaliyyətlə yanaşı ali tibb təhsili alıb mikrobiologiya sahəsində elmi tədqiqat işi aparmışdır.
2. Xatirələr S.Tağıyeva-Sarayeva tərəfindən yazıya alındığından N. Nərimanovanın adından nəql edilir.