Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Olmalıdır: Xalq məktəblərinin müdiri. 4



Yüklə 0,68 Mb.
səhifə46/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   42   43   44   45   46   47   48   49   ...   96
3. Olmalıdır: Xalq məktəblərinin müdiri.

4. Səlimə Yaqubova (1890-1982) – maarif xadimi, alim. İlk təhsilini Tiflisdə almışdır. H.Z.Tağıyevin təqaüdü ilə Peterburqdakı Bestujev adına Ali Pedaqoji kursları bitirmişdir. Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin mək­təbində və axşam qadın kurslаrında dərs demişdir. H.Z.Ta­ğıyev tərəfindən Bakıya dəvət olunmuş, Aleksan­drinski qız məktəbinin və ikiillik pedaqoji kursların müdiri təyin edilmişdir. Məktəb bağlandıqdan sonra Tiflisdə və Bakıda pedaqoji fəaliyyətini davam etdirmişdir. Biologiya elmlərinə dair bir sıra əsərlərin müəllifi və bu sahədə təd­qiqat aparan ilk azərbaycanlı qadın alimlərdəndir.

5. Gülbahar Axrıyeva (?-?) – pedaqoq. Bakıdakı Müqəddəs Nina qadın təhsil müəssisəsinin məzunu. H.Z.Tağıyevin məktəbində müəllim, bir müddət isə müdir işlə­mişdir. Bakıda və Gəncədə pedaqoji fəaliyyətlə məşğul ol­muş­dur.

6. Sona Tağıyeva (1881-1938) – H.Z.Tağıyevin həyat yoldaşı, Hacının bütün xeyirxah əməllərində onun yaxın silah­daşı. Rus ordusunun generalı Balakişi bəy Ərəbl­in­skinin kiçik qızı. Bakıdakı Müqəddəs Nina qız məktəbinin məzunu olan Sona xanım Tağıyevin qız məktəbində tədris prosesinin təşkilində, şagirdlərin geyimlə təmin olun­masında fəal iştirak etmişdir. Məktəbin Hamilər Şurasının sədr müavini, fəxri hamisi, 1915-ci ildən isə Bakı Aleksan­drinski rus-müsəlman qız məktəbinin imkansız şagirdlərinə yardım Cəmiyyətinin sədri idi.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin