Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə48/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   44   45   46   47   48   49   50   51   ...   96
Qeyd və şərhlər:

1. Mətndə belədir.

2. Reyhan Topçubaşova (1905-1970) – Azərbaycanın ilk qadın rəssamlarından biri, əməkdar incəsənət xadimi. İlk təhsilini Aleksandrinski qız məktəbində almış, Bakı Peda­qoji Texnikumunda dərs demişdir. Professional rəssamlıq təhsili almışdır. Azərbaycanın görkəmli cərrahı Mustafa Topçubaşovun həyat yoldaşı və tibb elmləri doktoru, pro­fessor İbrahim Topçubaşovun anasıdır.

3. Ədilə Şahtaxtinskaya (1894-1949) – pedaqoq, məş­hur həkim-ginekoloq. 1912-ci ildə Tiflis ikinci qız gim­na­ziyasını bitirmişdir. Bakıya gəldikdən sonra Aleksandrinski məktə­bində əvvəlcə müəllim, sonra müdir işləmiş, ikiillik pe­da­qoji kurslarda dərs demişdir. 1924-cü ildə Azərbaycan Dövlət Universitetini bitirərək, azərbaycanlı qadınlar ara­sında ilk ali təhsilli ginekoloq olmuşdur. Azərbaycan Dövlət Tibb İnsti­tutunun professoru olan Ə.Şahtaxtinskaya səhiy­yənin və tibb elminin inkişafında böyük xidmətlər göstər­mişdir.

4. Mətndə “kişi” sözü S.Tağıyeva-Sarayevanın əli ilə “qadın” sözünə düzəldilib.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin