Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Məktəbin məzunu İzzət Məcidovanın (Dadaşovanın) xatirələri



Yüklə 0,68 Mb.
səhifə51/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   47   48   49   50   51   52   53   54   ...   96
Məktəbin məzunu İzzət Məcidovanın (Dadaşovanın) xatirələri
Mən 1908-ci ildən 1913-cü ilədək o vaxtlar “Alek­sandrinski rus-müsəlman qız məktəbi” adlanan Hacı Zey­nalabdin Tağıyevin məktəbində oxumuşam.

Məktəbə daxil olduğum vaxtı qızların geyim forması Dağıstan, bir ildən sonra isə rus məktəbli forması idi. Mək­təb­də yaxşı yemək verirdilər, bizim həkimimiz Nəriman Nə­ri­manov idi. O, hərdən bizimlə gigiyena haqqında söhbətlər aparırdı.

Məktəbdə bizə xidmət edən tibb bacısı var idi. Bina­nın özündə kitabxana, hamam, yaxşı təchiz olunmuş səhnə, məscid və digər xidmətlər mövcud idi. Mənim daxil oldu­ğum ildə bakılı qızlar çox az idi, əksəriyyət müxtəlif yerlər­dən gəlmişdi. Bütün qızlar müsəlmanlar idi. Bu, ilk dünyəvi məktəb idi.

Daxil olduğum ildə (1908-ci il) Bakı cəmiyyətinin məktəbimizə olan münasibətini xatırlayıram. Məni məktəbə göndərdiyinə görə cəmiyyət ailəmizi boykot edirdi. Qızlar ailələrindəki mühitdən və cəmiyyətin münasibətindən asılı olaraq məktəbə həm çadrada, həm də çadrasız gəlirdilər. Kollektiv tədbirlər vaxtı, məsələn, Tağıyev teatrına və ya Ta­ğıyevin evinə ziyarət təşkil ediləndə, hamımızı çadrasız aparırdılar. Buna görə qohumlarından qorxan qızlar kollek­tiv gəzintilərdə iştirak etmirdilər. İldən-ilə belə qızların sayı azalırdı. Biz məktəbi bitirəndə Tağıyevə hədiyyə olaraq bö­yük xalça toxuduq.

Məktəbi qurtaranda Hacı bizi müəllimlərimizlə birgə öz evinə dəvət etdi. Bizim üçün şirniyyat süfrəsi açıldı, sonra isə Hacı hamımıza bir qutu şokolad və bir ipək dəsmal ba­ğışladı.

Mən balaca olanda xalq arasında Hacının vəba və aclıq vaxtı (1892-ci il) göstərdiyi səxavətə həsr olunmuş mah­nı yayılmışdı. Yaddaşımda mahnının yalnız bir bəndi qalıb:

...Hacı Zeynalabdin

Xas bəndə Xudayə,

Açıb buğda anbarın,

Paylayır füqərayə...
15 iyul 1956-cı il.

ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 14-15


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin