Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə56/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   52   53   54   55   56   57   58   59   ...   96
Qeyd və şərhlər:

1. İndiki M.Hacıqasımov adına doğum evi.
H.Z. TAĞIYEV - MƏRDƏKAN BAĞÇILIQ MƏKTƏBİNİN YARADICISI
Məlum olduğu kimi, bağçılıq ölkəmizin kənd təsər­rüfatında ənənəvi sahələrdən biridir. Lakin XIX əsrdə Azərbaycanda əhali sayının artımı ilə əlaqədar kənd təsər­rüfatı, o cümlədən, bağçılıq məhsullarına tələbat çoxalmağa başladı. Bununla belə, bağçılıqda məhsuldarlığın artırılması üçün texniki vasitələrin tətbiqi, təsərrüfatın elmi əsaslarla aparılması və bunun nəticəsi kimi, hazırlıqlı mütəxəssislərin olması vacib idi. Bu səbəbdən millət naminə gördüyü xeyir­xah işlərlə məşhur olan H.Z.Tağıyev Mərdəkanda bağçılıq məktəbini açdırmaq qərarına gəldi. Tikinti işləri 1894-cü ildə başlamış, məktəbin inşasının başa çatması, habelə açılışı isə 1896-cı ildə olmuşdur. Məktəb binasının tikin­tisini, onun saxlanılmasını, şagirdlərin geyim və dərs ləva­zimatı ilə təchizatını Hacı özü maliyyələşdirirdi. Məktəbin məqsədi bağçılıq, üzümçülük, bostançılıq sahələrində təcrü­bi biliklərin yayılması idi. Məktəbdə ibtidai biliklər, hesab və bağçılıq sahəsində təcrübi vərdişlər tədris olunurdu.

Aşağıda təqdim olunan xatirələr Mərdəkan bağçılıq məktəbinin yaradılmasında və fəaliyyət göstərməsində “mil­lət atası” H.Z.Tağıyevin rolunu əks etdirməklə yanaşı, XIX əsrin sonu Azərbaycan cəmiyyətinin mənəvi durumuna da işıq salır.1 O dövrdə ölkədə mövhumatın və cəhalətin nə qədər dərin kök saldığını, maarifin yayılmasının necə gərək­li olduğunu və bu istiqamətdə cəmiyyətin qabaqcıl insan­larının səylə çalışdığını Mərdəkan sakinlərinin xatirə­lərin­dən aydın görmək olar. Xatirələrə əsasən, bağçılıq məktə­bini açdırmaq fikrinə düşdükdə, H.Z.Tağıyev bəzi Mər­dəkan sakinlərinin etirazı və müqaviməti ilə qarşılaşdı. Məktəb əleyhdarları əsasən ruslaşdırmadan qorxurdular. Özü də ruslaşdırma dedikdə, təkcə rus təhsil sisteminin təsiri altına düşmək deyil, həm də məktəbdə Quranın, şəriətin öyrənilməsindən imtina da başa düşülürdü. Məktəb şagird­lərinin islam dinindən dönməsindən və etirazçılardan biri­nin söylədiyi kimi, “başlarına rus şapkası qoyma­larından” qorxu da məhz bundan irəli gəlirdi.

Haşiyə çıxaraq demək lazımdır ki, bu, H.Z.Tağıyevin cəmiyyətin mühafizəkar təbəqələrinin təpkisi ilə rastlaşdığı birinci hal deyildi. Məlum olduğu kimi, o, Bakıda dünyəvi qız məktəbini açdırmaq və azərbaycanlıları oraya öz qızla­rını göndərməyə inandırmaq üçün az güc sərf etməmişdi. Qız məktəbi ilə olduğu kimi, Mərdəkan məktəbinin açılması məsələsində də H.Z.Tağıyev istədiyinə nail ola bildi.

1909-cu ildə H.Z.Tağıyevin səyi ilə Mərdəkan bağçılıq məktəbinin bazasında rus-tatar (Azərbaycan) məktəbi açıl­dı. 1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra bu təh­sil müəssisəsinin yerində 123 №-li orta məktəb təşkil olun­du. Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi və hal-hazır­da onun adını daşıdığı Abşeronun qocaman 123 №-li mək­təbi 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərən­camı ilə əsaslı təmir və bərpa edilmişdir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin