Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Mərdəkan bağçılıq məktəbinin bənnası



Yüklə 0,68 Mb.
səhifə57/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   53   54   55   56   57   58   59   60   ...   96
Mərdəkan bağçılıq məktəbinin bənnası

Məşədi Rəsul Quliyevin xatirələri
Hacı Zeynalabdin Tağıyev ilk internat məktəbi açmaq üçün əvvəl Qala camaatına müraciət etdi, çünki Qala kəndi digər kəndlərdən böyük idi. Məqsədi o idi ki, yaxın kənd­lərdən uşaqlar Qala məktəbinə gəlib oxusunlar. Müraciət zamanı Hacı Zeynalabdin məktəb binasını qurmaqdan ötrü camaatdan yer istədi. 80 yaşlı qoca Əliqulu ona dedi: “Zeynalabdin, biz sənə məktəb tikməyə yer vermərik. Hansı yolla gəlmisən, o yolla da çıx get”. Sonra Hacı Mərdəkan cama­atına müraciət edib onlarla razılaşdı. Hacı Zeynalabdin Tağıyev Fərhad və Xanlar Həsənoğlulardan yer alıb, hərəsinə 500 rubl pul verib, həmin yerdə məktəb tikdirdi. Bu məktəbin inşasında bir çox adamlar iştirak ediblər. Məsələn, podratçı Bəyverdi, suraxanılı Həmid və Hüseyn xarratlıq edirdilər, Hacı Rza isə məktəbə gələn bütün vəsaiti təhvil alırdı. Mən, Quliyev Məşədi Rəsul bu məktəbin bənnası olmuş, sobalarını tikmişəm. Bu məktəbin qırını isə Kərbəlayi Hacı Rza salıbdır. Bu məktəb Hacının pulu ilə tikilib.
MATM NF, № 20076

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin