Hüseyn Şirəli oğlunun xatirələri
Mən 13 yaşımda atamı və anamı itirdim. Fabrikin direktoru Ələsgər bəy mənə iş verməyəndə, bir nəfər məsləhət gördü ki, Hacı Zeynalabdin Tağıyev gələndə, ona şikayət edim. Hacı fabrikə gələndə ona dedim: “Hacı, direktor mənə iş vermir”. Hacı, Ələsgər bəyə acıqlandı: “Mən buranı mənfəət üçün yox, yetimlər, kasıblar üçün açmışam”. Mənə isə dedi: “Get kontorun qabağına”. Özü gəldi, usta Ağaları çağırtdırıb dedi: “Bu oğlanı işə götür”.
Sonralar öz istəyimlə işdən çıxdım. Mən ondan pislik görməmişəm, yaxşılıq görmüşəm.
1 yanvar 1957-ci il.
MATM NF, № 20071
Dostları ilə paylaş: |