Qeyd və şərhlər:
1. Xatirələr Tacəxanım Məmməd qızı Həmidova tərəfindən yazıya alınıb.
2. Stalin prospekti – indiki Neftçilər prospekti.
Mirzağa Əliyev küçəsi, 88 ünvanında yaşamış
Xanım Qasımovanın xatirələri (1)
Mənim qayınatam Hacı Zeynalabdin Tağıyevin fabrikində parça, çörək, qənnadı və s. dükanları icarəyə götürmüş və oraya inandığı adamları işə qoymuşdur. Həmin adamlar o malları yedilər. Mənim qayınatam borca düşdü. Borca düşəndə, qayınatam evdə yox idi, mən yaşayan evi satmaq istədilər (2). Qayınatam Hacı Zeynalabdin Tağıyevin yanına getdi və dedi ki, mənim bu işlərdən xəbərim yoxdur. İşə düzəltdiyim adamlar malları yeyib mənim boynuma atmışlar və evə həbs qoymuşlar. Hacı bunu bilən kimi vekseli cırdı və razı olmadı ki, qayınatamın ailəsi bayırda qalsın, evi əlindən alınsın.
Çox yaxşı çörək verən kişi idi. Kasıblara əl tutan, çörək verən Hacı yetimlər üçün yaşayış düzəldib məktəblər açmışdı.
MATM NF, №20060
Dostları ilə paylaş: |