Mərdəkan qəsəbəsinin sakini
Hacı Rza Əliməmməd oğlu Məmmədovun xatirələri
Mənim hal-hazırda 108 yaşım var, özüm də vaxtilə Hacı Zeynalabdin Tağıyevin Naftalandakı mədənlərində koçeqar işləmişəm. Sonralar o, öz mədənlərini satdı və əvəzində Əhmədlidə bir fabrik tikdirdi. O, kasıblara həmişə kömək edərdi, onların uşaqlarının oxumasını istəyirdi və hətta uşaqların xərclərini də öz öhdəsinə götürmüşdü.
Tağıyev Hacı Zeynalabdin öz xalqını sevirdi, onun elmli olmasını istəyirdi. Mən ancaq onun yaxşı adam olmasını deyə bilərəm.
22 iyul 1956-cı il.
MATM NF, №20056
Dostları ilə paylaş: |