Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Lermontov küçəsi, 37 ünvanında yaşamış, 1873-cü il təvəllüdlü Məlik Məmməd Ağahüseyn oğlu Bakıxanovun xatirələri



Yüklə 0,68 Mb.
səhifə79/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   75   76   77   78   79   80   81   82   ...   96
Lermontov küçəsi, 37 ünvanında yaşamış, 1873-cü il təvəllüdlü Məlik Məmməd Ağahüseyn oğlu Bakıxanovun xatirələri
İlk müsəlman qız məktəbinin təsis olunması öz dövrü üçün çox ciddi məsələ idi. Savadsız, ruhanilərin cəhalətdə sax­ladığı Azərbaycan qadınının təhsil alması onun azadlığa çıxması ilə bilavasitə bağlı idi. Xalq çoxəsrli ənənələrə fa­natik sadiqlik nümayiş etdirirdi. Sayca az olan ziyalılar isə qa­dın təhsili haqqında məsələni qaldırmağa cürət etmir­dilər.

Hacı Zeynalabdin Tağıyev öz dövrünün qəhrəmanı idi, çünki ruhanilərdən qorxmayaraq, maarif uğrunda mü­ba­rizə aparırdı. Cəsarətli, xalq arasında nüfuza malik olan Hacı böyük maliyyə xərcləri tələb edən bu problemin öhdə­sindən gələ bildi. Hacı Zeynalabdin Tağıyev xalqı Təzəpirdə toplayaraq, qadın təhsilinin xeyri haгqında çıxışlar edirdi. Ruhanilər xalqı Hacı Zeynalabdin Tağıyevə qarşı təh­rik edir və qadın təhsilinə qarşı təbliğat aparırdılar. Yalnız qazı Mir Məhəmməd Kərim, Axund Mirzə Əbu Turab, Mol­la Yusif Talıbzadə, Molla Ruhulla kimi ruhanilərin az qismi Hacı Zeynalabdin Tağıyevin ideyasını dəstək­lə­yir­di­lər. Hacı öz məktəbini və şagird­lə­rini hücum­lardan qorumalı olurdu.

Varlı adamlar öz övladlarını cahillikdə, təhsilsiz sax­layıb, Məkkə, Kərbəla və Xorasan ziyarətlərinə isə böyük pul­lar sərf edirdilər. Güclü istibdad şəraitində Tağıyev dəfə­lərlə bu cür insanlara qarşı çıxış edir və onlara deyirdi: “Si­zin övladlarınızın ziyarətlərini onların təhsil alması əvəz et­mə­lidir”.

Mən özüm şəxsən dəfələrlə Tağıyevin xalq qarşısında çıxış etməsinin şahidi olmuşam. O, Kubinkada (1) yeşik­lə­rin üstündə dayanıb deyirdi: “Ay camaat! Alma satma­ğınız yetər, bu sizə heç nə verməyəcək, elm dalınca gedin”. Onu faytonda, insanların əhatəsində dayanan və xalqı maa­ri­fə çağıran görmüşəm. Mən həm də onun bu sözlərini eşit­mi­şəm: “Peyğəmbər demişdir ki, həm kişi, həm qadın beşik­dən qəbir evinə qədər oxumalıdır”.

Hacı heç vaxt siyasi təbliğatla çı­xış etməmişdir. Onun bütün çağırışları xalqın maariflən­mə­sinə yönəlmişdir.

Təhsili olmasa da, o, jurnal və qəzetlərlə çox maraq­lanırdı, Peterburq, Hindistan, Misir və başqa ölkələrdən ədə­biyyat alırdı. Mən onun mirzələrindən birini – Zeynal bəy Və­zirovu tanıyırdım.



Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Moskva, Peter­burq, Odessa, Xarkov, Tiflis şəhərlərində, habelə xa­ric­də çoxlu sayda ehtiyacı olan şəxslər təhsil alırdılar. Ya­dım­dadır ki, sonralar Tağıyevin baş mühasibi olmuş Miri­yev, körpü müdiri Nikolay Nikitin Hacının puluna oxuyub­lar.

Mən, köhnə bakılı kimi təsdiqləyirəm ki, Tağıyev hə­qi­qətən öz dövrünün maarifpərvəri idi, xalqın təhsil alması üçün nə pulunu, nə də gücünü əsirgəmirdi, insanlar arasında böyük populyarlığa malik idi. Yerli hakimiyyət və çarın özü onun nüfuzu ilə çox hesablaşırdılar. Mən onu çar III Aleksandrla bir yerdə görmüşəm. Hacı Zeynalabdin çarın qarşısında papağını çıxartmırdı (2).

Qız məktəbinin açılması müstəsna olaraq onun nüfuzuna borcludur. Hacı Zeynalabdin Tağıyev olmasaydı, fanatiklər məktəbin açılmasına imkan verməzdilər.

Hacı Zeynalabdin Tağıyev dövrünün mədəniyyətini irəli aparırdı. O, teatr, məktəb açdırmış, mətbuat və kitab çapını inkişaf etdirmiş, ictimai xadim olmuş və şəhərin abadlaşdırılmasında iştirak etmişdir.



17 avqust 1957-ci il.

MATM NF, №№ 19984, 20058-20059


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin