İvan İosifoviç Didebulidzenin xatirələri Mən həyatımda baş vermiş epizodu xatırlayıram. 1905-ci ilin avqustunda şəhərdə patrulluq edirdim. Təlimatda yoldan keçənləri və onların pasportlarını yoxlamaq göstərişi olduğundan mən ekipajın birini saxladım və sərnişindən pasportunu təqdim etməsini istədim. Həmin şəxs mənə bildirdi ki, pasportu yoxdur, lakin o Hacı Zeynalabdin Tağıyevdir. Bu soyad mənə heç bir şey demədiyindən (Bakıda cəmi 1 ay idim) həmin adama mənlə alayın qərargahına getməyi təklif etdim. Burada alay komandirinə məruzə etdim ki, pasportu olmadığından cənab Tağıyevi saxlamışam. Komandir cənab Tağıyevdən üzr istəyərək, baş verənləri anlaşılmazlıq kimi qiymətləndirməyi xahiş etdi, mənə isə dedi ki, bu cür hörmətli vətəndaşı tanımaq gərəkdir. Qərargahdan gedərkən cənab Tağıyev olanları anlaşılmazlıq adlandırdı və dedi ki, mən təlimata uyğun olaraq düzgün hərəkət etmişəm.
MATM NF, № 20085