Daniil Alekseyeviç Suşkovun xatirələri Mən, Daniil Suşkov 1888-ci ildə Don vilayətində doğulmuşam. 1912-ci ildən Bakı həbsxanasında nəzarətçi (gözətçi) işləmişəm. Hacı Zeynalabdin Tağıyevin dəyirman üçün tikdirdiyi binanı hökumət həbsxanaya çevirmişdi (2). Hökumət buranı götürəndən sonra dustaqların vasitəsi ilə həbsxana halına salmış və kazarmalar düzəltdirmişdi. Hacı bayramlarda dustaqlar üçün furqonlarda un, qənd, çay göndərirdi. Bu hadisə nəinki azərbaycanlıların, hətta rusların da bayramlarında baş verirdi. Hacı dəfələrlə həbsxanaya gəlir, dustaqlarla Azərbaycan dilində nə isə danışır, sonra da onlara pul verirdi. Belə hadisələr dəfələrlə olurdu. Hacı Zeynalabdin Tağıyev siyasi dustaqlara daha yaxşı baxırdı, hətta onlarla tez-tez görüşüb öz dillərində saatlarla danışıq aparır, onlara pul verirdi (3).