Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə87/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   83   84   85   86   87   88   89   90   ...   96
Qeyd:

1. Şövkәt Mәmmәdova (1897-1981) – SSRİ Xalq artisti, müğәnni, pedaqoq, musiqi xadimi. İlk azәrbaycanlı professional qadın müğәnnisi. 1910-cu ildә Tiflis musiqi mәktәbini bitirmiş, tәhsilini H.Z.Tağıyevin vəsaiti hesabına Milanda (İtaliya) davam etdirmişdir.

HACI ZEYNALABDİN TAĞIYEVƏ HƏSR

OLUNMUŞ ŞEİRLƏR (1)
Axund Yusif Talıbzadə
Sentyabrın 20-ci yövmündə dövlətinin əlli sənəliyi itma­mə yetmək münasibətiylə o cənabın (Hacı Zeynalabdin Tağı­yev Həzrətlərinin) himayət və inayətlərinə dair bir neçə əşar­dır (1901) (2)
Həmd eylərəm o Xaliqi-biçuni-davərə,

Ol raziqü həkim Xudavəndi-qadirə.

Niku sifətdə, xülqdə xəlq eyləyib bəşər,

Nazil edibdir həqqinə mahəsnə əs-süvər.

Öz hikmətilə xəlq edib ol qadiri-əzəl

Hər əsrdə bu xəlqinə kafi o ləm-yəzəl,

Ta lütf edə xəlayiqinin xeyrü şərrinə,

Əncam verə bu bəndələrin cümlə əmrinə.

Bu cümlədən də lütfü ilə eyləyib Xuda

Şövkətmədar Hacını bizlər üçün əta.

Min səkkiz yüz həm otuz səkkizinci il

Qoymuş qədəm bu aləmə cud ilə ol nəbil.

Gün-gündən artırıb o Xudavənd hörmətin,

Cahü cəlalü izzəti iqbalü məknətin.

Daim edib himayətini cümlə millətə,

Mənzurini həmişə qılıbdır himayətə.

Sərf eyləyib cahan üzərə cümlə diqqətin

Fikr eyləyirdi hər işin axır nəhayətin.

Hər bir tərəqqini ço bilib fərt elmdə,

Öz millətin görüb bu nəhayətdə cəhldə,

Verdi o dəmdə cümlə məkatibə həm rəvac,

Lütf eyləyib hər ildə o məktəblərə xərac.

Hər qom elmlər oxudub ol uca cənab,

Xoşbəxt edib güruhi-müsəlman bihesab.

Qırx min manatadək edibən xərc onlara,

Elm ilə onları yetirib alicahlara,

Hər millətə həmişə qılıb lütfünü rəva,

Hatəm kimi açıb əlini, eyləyib əta,

Hər işlərinə himmət edib bağlayıb kəmər,

Kənd əhlinin tərəqqisinə eyləyib nəzər,

İcad edibdir onlar üçün Sənət uşqolun (3)

Xərc eyləyib otuz iki min qədrədək pulun,

Etmiş müqərrər ildə ona yeddi min manat

Ta xərc olunsun uşqola, tapsın tərəqqiyat.

Hər qom xeyrü nəfili olsa kitablar,

Çap etdirib verir onlara artıq intişar.

“Kaspi” qəzetinə veribən əlli yeddi min manat

Ta milləti tapa o səbəbdən tərəqqiyat.

Çünki tapır analar ilə tifl tərbiyə,

Bitərbiyə necə verər ədəb özgəyə?

Sərf eyləyib o vəchdən ol sahibi-kərəm

Yarım milyon qız uşqoluna ol vəliyyi-nəəm.

Əlli nəfər hər ildə alır elmü tərbiyə,

Təlim alıb tapırlar o uşqolda təzkiyə.

Səkkiz min manat kəsib çun vəzifəni

Təlim edir hər ildə iyirmi yetirməni.

Xeyriyyə məcməinə yetirir izz ol cənab

On bir min manat bəxşiş edibdir o müstətab.

Yövmiyyə xərci eyləməyə kəsbi-millətə,

Dara həm olmağa görə hər növ sənətə

Çənd fabriki onlara səbəb eyləyib bina

Rəbbənə abqa həzə əl-ətaə lənə (4).

Milyonlar eyləyib ona məsrəf həm ol cənab,

Sərf eyləyib o fabrikaya xərci-bihesab.

Acizdi şəxs vəsf edə bilsin bəyan ilə,

Ta görməsə o fabrikanı şəxs əyan ilə.

Tək millətinə olmayıb onun himayəti,

Hər millətə ziyadə keçibdir inayəti.

Çün eyləyibdir cümlə əlili o biniyaz,

Ol barədən alıb neçə dövlətdən imtiyaz.

Hər millət ol cənaba edir çox təşəkkürün,

Həmvarə lütfü mərhəmətinin təzəkkürün.

Küllən gözətləyir ki, ona xidmət eyləsin,

Qəlbindəki nihan olunan şükrü söyləsin.

Yusif verir bu müjdəsini cümlə millətə,

Şükranə movsimi yetib hər ali himmətə.

Min doqquz yüz həm birinci bu il,

Məşhur olubdur dövlətiylə Hacı əlli il.

Sentyabrın iyirmisində sürurin əsasdır,

Ol gündə Baku içrə nişatın binasıdır.

Hər kəs o gündə şükr ilə ixlas edər əyan,

Canbəxş ərsəsində verər həm özün nişan.

Şükr eylərəm bu günə ki, mən gündə min dəfə

Vardır bizə rəis belə ali mərtəbə.

Şükr etməyə çü aciz olur bu dilim mənim,

Sərfi-dua olur gecə-gündüz ilim mənim.

Şövq ilə mən dua edirəm əz rəhi-nişat,

Yarəb ki, bərqərar ola hər dəmdə bu büsat.

Etsin ziyadə günbəgün izz ilə cahini,

Çox görməsin bizə bu Xudavənd Hacini.

Etsin müdam təxti-cəlalətdə bərqərar,

Qılsın həmişə bəxtini dövlətdə paydar.

Etsin mübarək ol cənaba bu əyyami-şadlığı,

Qılsın bu şadlıq ilə hər an atda varlığı.

Hifz eylə, ey Xuda, o vücudi-səadəti,

Yetsin müdam ta füqəraya inayəti.

Acizdi vəsfi-halını yazmaqlığa qələm,

Zira ki, yox bunun kimi bir şəxsi-möhtərəm!


MATM SMF, № 1285

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin