Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə91/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   88   89   90   91   92   93   94   95   96
Qeyd və şərhlər:

1. Şeir 1902-ci ilin fevralında yazılıb və yanvarın 31-də Şa­maxıda baş vermiş dəhşətli zəlzələ ilə bağlı H.Z.Ta­ğı­ye­vin təşkil etdiyi geniş xeyriyyəçilik fəaliyyətinə həsr olunub. Şamaxını viranəyə çevirmiş zəlzələ barədə xəbər alan kimi H.Z.Tağıyev ianə yığmaq üçün komitə yaratmış və birinci ola­raq özü 1000 rubl vermişdir. Daha sonra o, əlavə 4000 rubl da verərək, zərərçəkənlərə yardım işinə şəxsən özü rəh­bər­lik etmişdir Komitə üzvlərindən beş nəfər – Həsən bəy Ağayev, Həsənağa Həsənov, Əsədulla Əhmədov, Məm­məd­rza Vəkilov və Əbdüləli bəy Əmircanov Şamaxıya ezam olunmuş və əhaliyə yardım üçün Bakı Xeyriyyə Cəmiyyəti tərəfindən şəhərə göndərilmiş Həsən bəy Zərdabi ilə birlikdə toplanan ianələrin zərərçəkənlər arasında paylanmasına rəh­bərlik edirdilər.

2. Şeirin müəllifi bədii formada H.Z.Tağıyevin sədri ol­duğu yardım komitəsi üzvlərinin hər birinin Şamaxıda fəa­liyyətini təsvir edir. Həsən bəy Ağayev (1875-1920) – görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri. H.Z.Ta­ğıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəf­fə­qiy­yətlə bitirmişdir. H.Ağayev Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirmişdi. Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradıcılarındandır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin