Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə93/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   88   89   90   91   92   93   94   95   96
Məhzun Şirvani
Bar-ilaha, dağılıbdır sərbəsər Şirvanımız,

Həddidən çünki füzun olmuş bizim üsyanımız.


Zəlzələ viran edib Şirvan əmlakın təmam,

Xak ilə yeksan olubdur, ey Xuda, Şirvanımız.


Evimiz badə gedib, oldu nəşimən səthi-xak,

Ah, atəşnakvardır, dideyi-giryanımız.


Zəlzələ oldu, yanıb bazardə dükanlar,

Dud ilə ah oldu tuəm sineyi-suzanımız.


Girdikara, biz sənin ruzi qarə bəndənizik,

Düşmüşük bir dərdə kim, tapılmayır dərmanımız.


Qəhr ilə tutma bizi YA QAFİR ÜZZÜNBÜL-ƏZİM

Bəndəyik biz bisərü pa, sən bizim sultanımız.


Rəhm qıl, Ya Rəbb be həqqi-xəmseyi-ali-əba,

Qalmışıq əfsürdə, yoxdur heç bizim samanımız.


Yoxdu təmir etməyə bizdə təvana, ey xuda,

Keçməyə nə tab var, nə tikməyə imkanımız.


Aşinavü əqrəbalar köç edib bu şəhridən,

Bu səbəb, əflakə yetmiş naləvü əfqanımız.


Eybimiz məkşufü aləmdə rüsvay olmuşuq,

Varidən yox olmuşuq, zahir olub pünhanımız.


Badikubə şəhrinə yetmiş bu qəməfza xəbər,

Bu səbəb rəhmə gəlib orda olan əyanımız.


Vardır o şəhrində bəs rəhmdil əşxaslar,

Bərqərar olsunlar, ya rəbb, ol nikü xahanımız.


Badikubə şəhrini məmur eylə, ey xuda,

Vardır ol şəhridə bəs Hatəmi-dövranımız.


Cəm ediblər simü zər, həm qəllecatü həm rüxut,

Dəstigir olmuş bizə ol mömini-ixvanımız.


Ol viladə vardır hərçənd ərbabi-kərəm,

Mədəni-ehsan həmi rəhm mürüvvət kanımız.


Bir nəfər mümtazdır sərxeyli-ərbabi-səxa,

Mədəni-fəzli-ətadır, mənbəi ehsanımız.


Əşrəfül-əyan, əni Hacı Zeyn əl-abidin,

Sahibi-cudi-kərəm ol Hacı zişanımız.


Bəəhri-cudi cuşə gəlmiş, kiseyi-himmət açıb,

Bəzl edibdir simü zər ol mehri-zərəfşanımız.


Ta fəqiran dərdinə dərman edə cud ilə ol,

Yarı olsun ol vücudun barı sübhanımız.


Alişan Həsən bəyi ba məbləği-xeyli-kəsir,

Göndərib bu canibə ol fəzli-rəhmət kanımız.


Bar ilahə, ol vücudi əqdəsi hifz eyləsin,

Ta fələkdə dövr edər mehrü məhi-tabanımız.


İzzəti-şövkətlərin əfzun elə, bari-xuda,

Bər həqi-xətmi-Rəsul, ol şafei-üsyanımız.


Siz cənabı hifz qılsın həzrəti-pərvərdigar,

Bir həqi-saqiyi-kövsər, ol Şəhi-Mərdanımız.


Olasız daryində Siz kamiyabü kamiran,

Şadi-xürrəm eyləsin ol şafei yəzdanımız.


Cümlə afati-səmadan salim etsin sizləri,

Saxlasın övladını ol xaliqi-rəhmanımız.


Siz cənaba daim eylər sidqilə Məhzun dua,

Bu dua lazım olub ta cismidə var canımız.

Məhəmməd Səlimov
Gəl, ey badi-səba, bu namə səndən bir nişan olsun,

Bədayət seyrəngahın həzrəti-Sahib əz-zaman olsun.


Tutub ondan yetir ərzi-səlamım tacı-tüccarə,

Cənabi-Hacı Zeynalabdinə xoş bəyan olsun.


Zülali-dövlətində saxlayır nazü nəvazişlə,

Fəqirü bigəsi, hər binəvaya sayəban olsun.


Dəxi İngiltərə, Rusyə, İstanbul, Firəngistan,

Sənin nami-humayununla müzəyyən dastan olsun.


Səni hifz eyləsin tarı, həmişə eyni-xaindən,

Sənin yavərliyində daima noh asiman olsun.


Edib dünyanı pərtöv, aləmə şəmi-şəbistanın,

Gəvahi nəti-bi minnətə hər bir müsəlman olsun.


Nihali-rövzeyi-pakın yetişsin ərşi-əlayə,

Həmişə bülbüli-bağın gül üstə şadman olsun.


Cənabi-nuri-didə, həzrəti-İsmailin hər dəm,

Zəhi-kamil müzəffər Sadiq ilə kamiran olsun.


Səadət sədlə olsun tului-əxtəri-bəxtin,

Sizə xain olan insan cəhanda bizəban olsun.


Əbd qıl dövləti-iqbal, ya Rəbb, dari-dünyadə,

Dəxi Firdovsi-əladə həri miskin məkan olsun.


Misali-rəxtsiz oldu səninlə bəldəyi-Baku,

Cənabın sayəsində bikəsə darül-iman olsun.


Neçə məktəb, neçə məscid əsasın qıldı təmirin,

Humayun fabrikin behcən-rövzətül cinan olsun.


Həman bəhri-Xəzər bir qətrə dəryayi-cudindir,

Səxavət kəştisi daim insari-cövhəran olsun.


Məhaldır bir dililə hər sifatı sanmaq, ey Məğrur,

Anın mədhi-sənasında zəbani-bülbülan olsun.



Mirzə Əli Əsgər Növrəs Qarabaği
Ey xudavəndi-mehribani-rəuf

Yaşasın əzmi-eyşdə Təqiyof.

Odu şəxsi-şəxisi-arif kiş,

Odu nəfsi-nəfisi-xeyrəndiş.

Həm odur bir vücudi-xeyr-asar,

Edər ehsanı millətə isar.

Onda mədğəmdi zövqi-İdrisi,

Qıldı zahir binayi-tədrisi.

Açdı məktəb bənati-islamə,

Gün kimi saldı nuri əyyamə.

Bu sözü aqil eyləməz iğmaz,

Çün bizik müstəfeyz, bu fəyyaz,

Bir çiraği ki, yandıra onu həqq,

Olur aləmdə şöleyi-mütləq.

Həqq-şəmi müdam rövşəndir,

Zülməti-dəhrdən o, eyməndir.

Bəli, bu rəsmdir ki, mehri-munir,

Öz şüaində göstərir təsir.

Bilməsə kimsənə hüquqi-həqq,

Odu dünyadə kafiri-mütləq.

Filhəqiqət, vəli-nemətdir,

Rüzgar içrə fəxri-millətdir.

Duxtəran alsa səy ilə təlim,

Rahi-tovfiq üçün olur təslim.

Elmdir aləmə verən rövnəq,

Elmdir pərtövi-nizamü nəsəq.

Elmdir mənbəyi-həyavü ədəb,

Elmdir baniyi-nişatü tərəb.

Oxusa elmi gər ünasü zükur,

Ədəbi-xəlqilə olur məşhur,

Elmdəndir sənayeyi-əyyam,

Elmdəndir rüsumi-xeyr əncam.

Tapdı rövnəq binayi-nik məqam.

Sali min doqquz yüz bir ildə təmam.

Sali-islami eyləmək izhar,

Əbcəd ilə deyil mənə düşvar.

Bəli, tarixə misrə nişandır,

Tağıyof uşqoli mühəyyadır.


Hüseynqulu Kərbəlayi Həmid oğlu
İbtidası hər sözün aləmdə bismillahdır,

Çünki hər ziruhə nüsrət lütf edən bismillahdır.


Hər iki dünyanı yoxdan var edibdir sünilə,

Bəndəyə rəhmət qapısı hər zaman müftahdır.


Aləmi-əsrar əxfadır qədim layəzal,

Feli-məxluqatdan hər anda agahdır.


Kənzi-məxfidir ki, izhar eyləyibdir qüdrətin,

Çeşmi-hikmət beyniçün bir xoş tamaşagahdır.


Bəzisin müstəğni etmiş neməti-əlvanilə,

Bəzisi yövmiyyə möhtac, ahın üstə ahdır.


Bəzisi nakami-həsrət, mübtəlayi-dərdü qəm,

Bəzinə mümkün hər ol məqsud kim, dilxahdır.


Bəndeyi-biçarə kim, karım pərişanlıq tapıb,

Məclisi-xun məişətdə, əlim kutahdır.


Dəst xali qaldım, oldu cümlə sərməyəm tələf,

Qüssədən hər mah bir il, hər günüm bir mahdır.


Qəlbimə ilham yetdi qeybdən key bixəbər,

Var bir sahibi-mürvət kim, vəkil Allahdır.

Mədəni-cudi-kərəmdir Hacı Zeynalabdin,

Fəth olur guya onun dəstilə hər dəm babi-din.


Eyləyib Allah səni biçarələrçün dəstgir,

Çəkməsin guya sənin dövrəndə zillət bir fəqir.


Gərçi xəlq içrə səxası Hatəmin məşhurdr,

Haşa lillah kim, Sizə olsun bu babətdə nəzir.


Ruzisinə bais oldun çoxların bu dəhridə,

Dövlətindən çox səqiri bikəsan olmuş kəbir.


Həqq bilir bir sən tək insafü mürüvvət sahibi,

Görməyibdir ibtidasından cəhanın çərxi-pir.


Çeşmeyi-lütfün zülalindən, əya kani-kərəm,

Qalmadı bir kimsə kəla təşneyi, fəqr oldu sir.


Çünki əl tutmaq Əlidəndir cəhanda yadigar,

Hər iki dünyada yetsin dadüvə babi-şəbir.


Gər bəni şad eyləsən dünyadə sən iltifatilə,

Sizləri şad eyləsin lütfilə xəllaqi-xəbir.


Feyan-ehsanın sənin bişübhə aləmgirdir,

Beylə kim, tutmuş cəhanı ləmeyi-mehri-münir.


Ol səbəbdəndir ki, bu əbyatimi vird eylətib,

Cümleyi-Qafqaz içində mərdümi-xürdü-kəbir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin