3. Ələsgər bəyMahmudbəyov (1875-1968) - Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra H.Z.Tağıyevin toxuculuq fabrikində çalışmış, fabrikin direktoru olmuşdur. 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur.
4. Əbdülkərim Vəlibəyov (1870-ci illər-?) – pedaqoq, maarif xadimi. Qori Müəllimlər Seminariyasının məzunu. 1904-cü ildə Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Ə.Vəlibəyov H.Z.Tağıyev tərəfindən fabrik nəzdindəki məktəbə direktor vəzifəsinə dəvət olunmuşdu. Cümhuriyyət və sovet illərində müxtəlif Bakı məktəblərinin direktoru işləmişdir.
5. Əlicabbar Orucəliyev (1876-1935) – maarif xadimi, pedaqoq. Bakı şəhər duması nəzdində məktəblər komissiyasının üzvü, Cümhuriyyət və sovet illərində maarif təşkilatçısı.