Moskva Universitetinin məzunu Abbasəli bəy Muğanlinskinin (1) xatirələri (2) Mən, 1891-ci ildə Moskva Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən H.Z.Tağıyev Moskvaya gəlmiş və bizi – bütün müsəlman tələbələrini “Slavyanski bazar” mehmanxanasına (3) nahara dəvət etmişdi. Masanın üzərində spirtli içki yox idi. Nahar zamanı rəhmətlik Hacı oxumağın xeyri haqqında danışırdı. Elmi mədh edən, elmsiz həyatın mümkün olmamasını yadda saxlamağı bizdən xahiş edən Hacı dedi: “Beşikdən qəbir evinədək elm axtarın”.