5. Əzizbəyov küçəsi – indiki İslam Səfərli küçəsi.
6. Səməd Vurğun (Vəkilov) (1906-1956) – Azərbaycan şairi, alimi, ictimai xadimi. Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Yaradıcılığında lirik və ictimai məzmunlu şeirlər, romantik qəhrəmanlıq dramlar əsas yer tutur.
7. Ostrovski küçəsi – indiki Süleyman Tağızadə küçəsi.
8. Məmmədtağı Səfərov (Sidqi) (1854-1903) - maarif xadimi, pedaqoq, şair. Ordubadda “Əxtər” adlı üsuli-cədid məktəbinin, Naxçıvanda “Tərbiyə” məktəbinin yaradıcısıdır. M.Sidqinin maarifçilik fəaliyyətinin əsasında milli dirçəliş uğrunda mübarizə dururdu.
9. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu – indiki Azərbaycan Dövlət Tibb Universiteti.
10. Ümnisə Musabəyova (1902-1974) – həkim-oftalmoloq, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim. İbtidai təhsilini Aleksandrinski qız məktəbində, ali təhsilini isə Azərbaycan Tibb İnstitutunda almışdır. 30 ilə yaxın İnstitutun göz xəstəlikləri kafedrasının müdiri işləmiş, 20 ilə yaxın Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.