1.Xədicə Ağayeva (1885-1958) – pedaqoq, Azərbaycanın ilk maarifpərvər qadınlarından biri. 1902-ci ildə doğulduğu Daşkənddə qız gimnaziyasını bitirmiş, elə həmin il Bakıya gəlib Aleksandrinski qız məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Sonralar Ə.Adıgözəlov adına Gəncə qız məktəbinin müdiri, Bakı Müqəddəs Nina qız məktəbinin müdir müavini işləmişdir. Sovet dövründə müxtəlif təhsil ocaqlarında məhsuldar fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin həyat yoldaşı idi.