Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Qız məktəbinin məzunu, daha sonra orada müəllimlik etmiş, ixtisasca həkim Şəhrəbanu Şabanovanın



Yüklə 0,68 Mb.
səhifə47/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   43   44   45   46   47   48   49   50   ...   96
Qız məktəbinin məzunu, daha sonra orada müəllimlik etmiş, ixtisasca həkim Şəhrəbanu Şabanovanın

xatirələri
Atamın vəfatından sonra anam uşaqlarla birlikdə Tbilisidən Bakıya köçdü. 1906-cı ildə məni H.Z.Tağıyevin qız məktəbinə qəbul etdilər və mən 191-ci ildə (1) oranı bitirdim. Bundan sonra məktəbdə müəllim işləməyə qaldım. 191-ci ildə ailə qurduqdan və Bakıdan köçdükdən sonra məktəbdən ayrıldım.

H.Z.Tağıyev məktəbinin indiki Kommunist (keçmiş Nikolayevski) küçəsində yerləşən, öz xidmətləri, həyəti olan ikimərtəbəli xüsusi binası var idi. Hal-hazırda həmin məktəbdə Azərbaycan SSR-in Ali Soveti yerləşir.

Azərbaycanlı qadınlar üçün o qaranlıq illərdə H.Z.Ta­ğıyevin məktəbi ilk və yeganə idi. Yalnız Tağıyevin nüfuzu hesabına buraya 30-dək azərbaycanlı qızı toplayıb, onlara təhsil vermək mümkün olmuşdur. 1910-cu il üçün isə şa­girdlərin sayı artıq 200-ə çatırdı. Beləliklə, ziyalı Azər­bay­can qadınlarının ilk fondunun məhz bu məktəbdə təşəkkül tapdığını hesab etmək olar. Buranı bitirənlərin demək olar ki, əksəriyyəti sonralar müəllimə və mütəxəssis olmuşlar. Məktəbi həkim Firəngiz Novruzova, pedaqoq Nabat Nəri­manova, həkimlər Xavər Qarayeva, Şəhrəbanu Şabanova, həkim-professor Ümnisə Musabəyova, evdar qadın Sona Axundova-Qarayeva, həkimlər Xeyransa Dilbazi, Cənnət Muxranskaya, rəssam Reyhan Topçubaşova (2) və bir çox başqaları bitirmişlər.
Biz – məktəbin şagirdləri o dövrdə üzü açıq gəzirdik. Bu, ilk dəfə idi ki, azərbaycanlı qadınlar köləlik rəmzi sayılan çadranı çıxarmışdılar. Düzdür, qoçular və mollalar tərəfindən çoxsaylı hədə-qorxular gəlinirdi. Yalnız H.Z.Ta­ğı­yevin nüfuzu bizi onlardan qoruyurdu. Bu nüfuz mək­təb­də hökm sürən ciddi mənəvi qaydalara söykənirdi.

Məktəbin bütün personalı bir qayda olaraq, qadınlardan ibarət idi: müdirə - Məryəm xanım Sulkeviç, sonra isə Gülbahar xanım Axrıyeva, müəllimələr - Rəhilə xanım Hacıbababəyova-Terequlova, Gülsüm xanım Sübhanqulova, Mavilə xanım Palovandova, Səriyyə xanım Axmetyeva, Ədilə xanım Şahtaxtinskaya (3) və b. Dairə müfəttişi Sultan Məcid Qəniyev, məktəbin həkimi (o illərdə azərbaycanlı qadın həkimlər yox idi) və qoca qarovulçu tatar Cəmaləddin istisna təşkil edirdilər.

Məktəbin əsas binası ikimərtəbəli və olduqca abad idi. Birinci mərtəbədə siniflər və qəbul otağı, ikincidə isə şa­girdlərin yataq otaqları, müəllimələrin və məktəb müdirə­si­nin otaqları yerləşirdi. Burada həmçinin ambulatoriya da var idi. Birinci mərtəbədə həkimin kabineti, ikinci mərtə­bədə yeməkxana yerləşirdi. Xəstəxana, hamam və digər kö­məkçi binalar həyətdəki ayrıca fligellərdə idi.

Şagirdlərin rus məktəbləri nümunəsində geyim for­ma­sı var idi: göy rəngli paltar və önlük. Gündə dörd dəfə veri­lən yemək çox dadlı və qidalı idi. Tağıyevin xanımı tez-tez məktəbə gəlir, meyvə və şirniyyat göndərirdi.

Qafqaz Tədris Dairəsinin təsdiq etdiyi məktəbin proqramı dördsinifli məktəblərin proqramı həcmində idi. Bizə rus dili, ana dili, hesab, coğrafiya, tarix, əl işi, tikmə, oxu, şəriət, son illərdə isə biçmə və tikiş dərsləri keçilirdi.

Şagirdlərin gündəlik yükü hərəsi 50 dəqiqəlik 5 dərs təşkil edirdi. Asudə vaxtının, dərslərdən sərbəst saatların nizamına ciddi riayət olunurdu: məktəbin həyətində oynayardıq, dərslərə hazırlaşardıq. Məktəbin bütün binası kimi, həyəti də çox səliqəli saxlanırdı. Ümumi təmizliklə yanaşı şagirdlərin fərdi gigiyenasına da çox diqqət yetirilirdi: dırnaq, qulaq, paltar və saçların təmizliyi gündəlik yoxlanılırdı. Həftədə bir dəfə icbari hamam günü idi. Məktəb qapalı tipli idi və artıq dedi-qodu olmasın deyə, kənar kişilərə giriş qadağan idi. Bu səbəbdən də həvəskar tamaşalarda kişi rollarını qızlar ifa edirdilər. Çox sonralar, artıq 1910-11-ci illərdə bizi - yuxarı sinif şagirdlərini kişi gimnaziyasında (4) keçirilən gecələrə aparırdılar.

H.Z.Tağıyevin özü də tez-tez məktəbə gəlirdi. O, bizimlə söhbət edir və həmişə oxumağa, gözüaçıq olmağa çağırırdı. Onun həyat yoldaşı Sona xanım da demək olar ki, hər gün məktəbə gələrdi. Böyük bayramlarda biz Tağıyevlərə səhər və nahar yeməklərinə dəvət olunurduq, burada bizi həmyaşıdlarımız olan Hacının və Sona xanımın qızları qarşılayırdılar.

İldə bir dəfə - Məhərrəm ayı günlərində məktəbdə namaz mərasimləri təşkil edilir və şəhərdən azərbaycanlı qadınlar dəvət olunurdu. Bu ziyarətlərdən məqsəd molla­la­rın və qoçuların təbliğatını ifşa etmək idi. Nəticədə əgər məktəbin açılmasından keçən ilk illərdə şagirdlərin əksər­iyyəti kənardan gələnlər idisə, sonralar Bakı cama­atının qız­ları da onlara qoşuldu.

İmkansız şagirdlər üçün təhsil pulsuz idi. Yalnız imkanlılardan pul alınırdı. Ümumiyyətlə, H.Z.Tağıyevin aztəminatlı ailələrdən olan uşaqları oxutdurmağa can atmasını qeyd etmək lazımdır. Mən, sonralar isə bacım Xavər pulsuz oxuyurduq və təhsil haqqından azad idik.

17 iyun 1956-cı il.



ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 10-13


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin