Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə59/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   55   56   57   58   59   60   61   62   ...   96
Mərdəkan kəndinin sakini

Ağababa Mömin oğlu Aslanovun xatirələri (1)
Mərdəkan kəndində ilk pansionu (internat məktəbini) 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev açmışdır. Mən bu məktəbə onun açıldığı ildə daxil olmuşam. O zaman bizə 3 nəfər müəllim dərs deyirdi: Heydər bəy, Məmməd bəy və bir alman (onun adı və soyadı yadımdan çıxıb). Alman müəllim bizə botanikadan rusca dərs deyirdi.

Biz bu məktəbdə Azərbaycan və rus dilləri, hesab, botanika dərsləri keçirdik. Məktəbdə hamam, mətbəx, tövlə, çörəkxana, yeməkxana və s. var idi.

Biz bu məktəbdə H.Z.Tağıyevin pulu ilə oxuyurduq. Bizə məktəbdə paltar, ayaqqabı, yatacaq, palto və s. Veri­lirdi. Hər bir şagirdin ayrıca çarpayısı, onun da yanında hər şagirdin ayrıca tumbası var idi. Mənim tumbam hal-hazırda o məktəbdən bir yadigar olaraq qalır. Azərbaycandakı ilk internat məktəbindən yadigar qalan bu tumbanı mən mu­zeyə bağışlamaq istəyirəm.

Bizim istirahət günümüz həftənin beşinci günü idi. Bu günlərdə bizi evə buraxırdılar. Məktəbdə mənimlə birlikdə aşa­ğıdakı şəxslər oxumuşlar:

1) Rəhman Fərhad oğlu Əliyev (mərdəkanlı).

2) Mahmud Kərbəlayı İbrahim oğlu Quliyev (mər­dəkanlı).

3) Məmməd Səlim Quliyev (mərdəkanlı).

4) Cəbrayıl Quliyev (mərdəkanlı).

5) Lətif Molla Əbdül oğlu Axundov (qalalı).

6) Heybət Məmmədbəyov (şağanlı).

7) İmamverdi Quliyev (mərdəkanlı).

8) Balaxan Bakıxanov (mərdəkanlı).

9) Həcən bəy Hənifə bəy oğlu (buzovnalı).

10) Bir nəfər də Kirovabaddan (ind. Gəncə - F.C.) idi, adı yadımdan çıxıb.

Məktəbin nə zaman bağlandığı yadımda deyil. Ancaq yaxşı yadımdadır ki, biz məktəbi qurtarandan sonra heç kim öz uşaqlarını oxumağa göndərmirdi: onlar qorxurdular ki, uşaqları ruslaşar.

2 may 1957-ci il.



MATM NF, №№ 20062-20063


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin