Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə62/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   58   59   60   61   62   63   64   65   ...   96
Sara Tağıyeva-Sarayevanın

Tağıyevin fabriki haqqında xatirələri
Mən, fabrikin keçmiş sahibi, atam Hacı Zeynalabdin Tağıyevin xəsisliyi, qəddarlığı haqqında çox oxumuşam. Mən öz atamı zəngin daxili mədəniyyətə malik, hamıya xeyirxahlıq göstərən bir insan kimi tanıyırdım. Atamın şərəfini bərpa etmək və həqiqi obrazını tarixdə saxlamaq məqsədilə onun keçmiş fəhlələrinə müraciət edərək, onlardan H.Z.Tağıyevin fəhlələrə münasibətini səciyyə­ləndirməyi xahiş etdim. İşçilərdən bunları öyrəndim.

Tağıyev onlara deyirdi: “Əgər uşaqlarınızı oxut­dur­ma­sanız, onlar da sizin kimi kor qalacaqlar”. Tağıyevin qəddarlığı, gözləri qarşısında kazakların fəhlələri döyməsi haqqında deyilənlərin hamısı cəfəngiyyatdır. Onun gözləri qarşısında heç vaxt fəhlələri döymürdülər. H.Z.Tağıyevin özü fəhlələrlə mülayim rəftar edirdi. Tətildən əvvəl və sonra fabrikdə işləməyə başlayan fəhlələr H.Z.Tağıyevin qəddar rəftarı ilə rastlaşmırdılar. Bolşeviklər, müsavatçılar və baş­qa­ları fəhlələr arasında təbliğat aparanda, H.Z.Tağıyev fəh­lə­lərin siyasi həyatına qarışmırdı. Fabrik binasını mühafizə edən qarovulçu fəhlələrin silahından başqa H.Z.Tağıyev fabrikdə silah-sursat saxlamırdı. H.Z.Tağıyev fəhlələr ara­sında hörmət və nüfuza malik idi, lakin bunlar­dan milli ədavətin qızışdırılması üçün istifadə etmir, millət­lər ara­sın­da fərq qoymurdu. Fəhlələri həmişə maarifə çağı­rırdı. 1904-cü ildə fabrikin nəzdində sahibkarın hesabına sax­lanılan məktəb, klub və orkestr təşkil olunmuşdur.

Fəhlələr 1 rubl mənzil haqqı ödəyirdilər. Ağ neft, od­un, mənzilin təmiri və ağardılması pulsuz idi. Fabrik ambu­latoriyasında həmişə feldşer var idi. Həkim şəhərdən gəlirdi. Tağıyevin vaxtında fabrikdə çox nadir hallarda – cəmi üç dəfə bədbəxt hadisələr olmuşdur. H.Z.Tağıyev Süleyman Ağalarova, Natan Fərəcova birdəfəlik yardım göstərmiş və yüngül işdə saxlamışdır.

Tarixi həqiqəti müəyyənləşdirmək üçün Elmlər Aka­demiyasınından aşağıda adları göstərilən keçmiş fəhlələrlə danışmağı xahiş edirəm (fəhlələrin siyahısı verilib – F.C.).


MATM NF, №№ 21021, 21009

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin