1. H.Z.Tağıyev 1902-ci il noyabrın 12-də Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri müdirinə müraciət edərək, ona Əhmədli kəndində ibtidai məktəb açmasına icazə verilməsini xahiş etmişdir. 1904-cü il oktyabrın 1-də məktəbin açılışı olmuşdur. Fabrik işçilərinin övladları üçün nəzərdə tutulan bu təhsil ocağında yaxın kəndlərin yoxsul uşaqları da təhsil alırdılar. Məktəbin dörd şöbəsində hər il 80-100 nəfər şagird oxuyurdu. Burada Azərbaycan və rus dilləri, əl əməyi, nəğmə, hüsnxətt dərsləri keçilir, İslam dininin tarixi öyrədilirdi. 1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün axşam kursları açılmışdır.
2. Məlumat yanlışdır. L.Əliyevanın gətirdiyi faktlardan bəlli olur ki, Qafar Qafarovun göstərdiyi illərdə fabrikdə bir neçə dəfə fəhlə çıxışları baş vermişdir.