Sergey Sultanoviç Xabulinin xatirələri
Fabrikdə inqilaba qədər kooperativ var idi. Kooperativin idarə heyətinin sədri Voloxov, xəzinədarı Krenin, idarə heyətinin üzvləri Urbanovski, Bakıxanov Balaxan idilər. Digərlərini xatırlamıram.
Kooperativdə bir payın qiyməti beş rubl idi. Qoyulan payı istənilən vaxtı geri götürmək olardı. Hər fəhləyə kontordan kitabça verilirdi. Həmin kitabçada fəhləyə gündəlik ərzağın miqdarı göstərilirdi. Pay çox olardısa, kooperativdən məhdudiyyətsiz həm ərzaq, həm də geyim verilirdi.
Kooperativ çox böyük ərazini tuturdu. Burada ərzaq, ayaqqabı, geyim satırdılar.
Kooperativdəki qiymətlər şəhər qiymətlərindən baha deyildi.
9 mart 1957-ci il.
MATM NF, № 20077
Dostları ilə paylaş: |