Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Həsən Hacı Abbasqulu oğlunun xatirələri



Yüklə 0,68 Mb.
səhifə66/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   62   63   64   65   66   67   68   69   ...   96
Həsən Hacı Abbasqulu oğlunun xatirələri
Mən 1911-ci ildə Hacı Zeynalabdin Tağıyevin fab­rikin­də işləmişəm. O, həmişə bizimlə yaxşı rəftar edir, qey­dimizə qalır, fəhlələr üçün əlindən gələni əsirgəmirdi. Həmi­şə belə deyirdi: “Ay camaat, mən bu fabriki sizin üçün tik­dir­mişəm, gəlin, işləyin, özünüzə çörək pulu qazanın”. Fab­rikdə teatr və kino təşkil olunmuşdu.

Dadaş Bünyadzadə Hacı Zeynalabdin Tağıyev haq­qında öz çıxışında belə demişdir: “Hacı Zeynalabdin Tağı­yev başqa varlılar kimi deyil, dövlətini özünə sərf etməyib, fəhlə və kəndlilərin xeyri üçün bir fabrik tikdirib ki, o da bizim üçün bir çeşmədir - hər gələn camını doldurub içir”.

Onun həmişə qolçomaqlardan acığı gəlirdi, onları gör­məyə gözü yox idi. O, həmişə fəhlələri elmə, savada çağı­rırdı: “Oxuyun, elmli olun, elmin insana çox xeyri var”.

M.Əzizbəyovu (1) da oxudan Hacı Zeynalabdin Tağı­yev olmuşdur. M.Əzizbəyovun anası Səlminaz oğlunun əl­in­dən tutub, Hacının yanına gətirib belə demişdir: “Hacı, bunun təhsilini davam etdirə bilmirəm, çünki imkanım yox­dur”. Hacı isə cavab vermişdir: “Heç fikir etmə, mən özüm onun xərcini çəkərəm, təhslini davam etdirər”.


8 iyul 1956-cı il.

MATM NF, №20075

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin