Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə7/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   2   3   4   5   6   7   8   9   10   ...   96
Sərvət və səxavətlə məşhur

cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı

Bismillahir-rəhmanir-rəhim!

Cənab Hacı Zeynalabdin Tağıyev hicrətin 1256-cı ilində (miladi 1838-ci il) Bakıda anadan olub. Atası Mə­həm­məd Tağı başmaqçılıq sənəti ilə məşğul idi, alış-veriş edib dolanırdı və övladını həddindən artıq çox istəyirdi. Tain­ki bu uşağın yaşı yeddiyə çatdı və üzündə böyüklük, ağıl-kamal əlamətləri, tərəqqi və istedad nişanələri göründü, atası ona daha da vurğun oldu. Hər gün atası ilə dava baş­layırdı: övlad ailənin çətin vəziyyətini görüb, bir peşə əxz et­məyə çalışırdı. Lakin atası, Zeynalabdinin yaşı az olduğuna görə buna mane olurdu.

Hərçənd nəzərdə kiçikdi o uca cənab,

Başında dərc olunmuş idi fikri-bihesab.

On yaşına çatana qədər atasına rahatlıq vermirdi və hər bəhanə ilə onu bir işə düzəltməyi xahiş edirdi. Axırda atası onun bacarığına, istedadına və israrlı olduğuna görə əziz oğlunu bir nəfər mahir bənnanın yanına şagird qoyur. O uşaq da həddən artıq xoşhal və şadlıq ilə, kamal və zirək­lik göstərməklə, dincəlmədən öz işi ilə məşğul olurdu və can-dildən xidmət edirdi. Bənna gördü ki, bu uşaq bir dəqiqə aram tutmayıb axşamadək işlə məşğul olur və bütün vaxtını palçıq qayırmaqla, daş və kərpic verməklə sərf edir. O, uşa­ğa altı qəpik muzd verdi. Tifil hədsiz şövq və şadlıqla evinə qa­yı­dıb, birgünlük muzdunu atasına verdi.



Atası əziz oğlunu qucaqladı, üzündən və gözlərindən öpdü, onun birgünlük qazancından çörək və pendir aldı. Ev əhlini başına yığıb dedi ki, bu gecə biz hamımız gözümün nuru, əziz oğlum Zeynalabdinə qonağıq. Süfrə salındı, hamı yığışıb yemək yedi. O yeməkdən onlar üçün vəsfi xəyala gəlməyən ləzzət hasil oldu. Elə ki süfrəni yığışdırdılar, atası üzünü Xudavəndi-aləmə tutub dua etməyə başladı: “Pərvər­di­gara, şükr və həmdlər olsun sənə ki, biz öz əziz övladı­mı-zın zəhmətilə qazandığını yedik”. Bu vaxt uşaq diqqətlə ata­sı­nın sözlərinə qulaq asıb, onun şadlığını görürdü. Həmin sözlər onun qəlbində dərin iz buraxdı. O, səhərin tez açıl­ma­sını gözləyirdi ki, keçən günün müqabili qədər də işləsin. O, kiçik yaşında bilirdi ki, nə qədər artıq zəhmət çəksə, o qədər əməkhaqqı çox olar. Hər gün artıq işləyir və ümdə fikri bu idi ki, özünü az vaxtda şagirdlikdən qurtarıb usta dərəcəsinə yüksəltsin. Tezliklə öz məqsədinə yetib usta dərəcəsinə ça­tandan sonra evin bütün xərclərini üzərinə götürdü. Bir müd­dət beləcə bənnalıqla məşğul olub peşəsini unutmurdu və ziyadə xoşhal idi ki, xalqın minnəti ilə güzəran keçirmir, heç kəsdən asılacağı yoxdur. “Sənət sahibi Allahın dos­tudur” kəlamını unutmayıb, özünə peşə seçmiş, peyğəmbər­lərdən və övliyalardan nümunə götürərək ömrünü boş, vax­tını zəhmətsiz keçirməmişdir. Sanki peyğəmbərlərin həya­tından, onların güzəranından xəbərdar imiş ki, onların hər birinin bir peşəsi, sənəti var idi və onlar özlərini hünərsiz edib işdən boyun qaçırmırdılar. Necə ki, Həzrəti-Adəm dün­yaya gəldi və yemək istədi. Min iş ona əmr olundu ki, əmə­lə gətirsin. Onların min birincisi çörəyin özü tərəfindən üyüdülməsi idi. Və yaxud cəlal, əzəmət, səltənət, hakimiyyət sahibi Həzrəti-Süleyman zənbil toxumaqla məşğul idi, Həz­rəti-İdris dərzilik, Həzrəti-İbrahim bənnalıq edirdi. Xuda­vəndi-aləm buyurmuşdu: “İbrahim evin (Kəbənin) binasını ucaltdı”.

Həzrəti-Davud zireh düzəldirdi. O, cavanlıqdan pey­ğəm­bərliyə çatana qədər bir peşə ilə məşğul deyildi və do­la­nışığı dövlət xəzinəsindən idi. Həzrəti-Əli nəql edirdi: “Allah Davuda vəhy etdi: “Beytül-maldan ruzi istəməsəydin və şəxsi gəlirin olsaydı, necə də gözəl bəndə olardın”. Da­vud ağladı. Sonra Allah dəmirə vəhy etdi: “Bəndəm Da­vud üçün yumşal!” Sonra dəmir yumşaldı və Allah-təala də­miri onun üçün yumşaltdı. O, üç yüz altmış zireh toxuyub üç yüz altmış min dirhəmə satdı və beytül-mala ehtiyacı ol­madı”.

Və Həzrəti-Məhəmməd ona peyğəmbərlik verilənə qə­dər Şamla ticarət edərdi və onun tabeliyindəki qureyşilər hər il Şama ticarətə gedərdilər.

Cənab Hacı da “İnsana ancaq öz əməli, öz zəhməti qalar” ayəsinə əməl edərək, Xudavəndi-aləmin onun vücu­dunda qoyduğu qabiliyyət və istedad sayəsində həmişə hər növ xeyriyyə əməllərində səxavətini əsirgəmirdi. O, tez bir za­­man­da müsəlman cəmiyyətinin seçilmişi, başçısı oldu, xeyriyyə işlərində və ümumi əməllərdə o cənaba üz tutu­lur­du. Xülasə, Hacı insana layiq olmayan tənbəlliyi və be­kar­lığı məzəmmət edər, bir gün də olsun öz işindən və peşə­sindən əl çəkməzdi. Yoxsullara və zəlillərə kömək üçün olu­nan böyük işlər ondan baş verirdi ki, o vaxtın dövlət və qüd­rət sahibləri Hacıdan ibrət alırdılar.

Günü-gündən yüksələn o cənabın məqsədi həmişə yu­xa­rı mərtəbələrə çatmaq idi. Bənnalıqdan əl çəkib me­mar­lığa başladı, zəkasının çoxluğundan və fərasətinin artıq­lı­ğından memarlıqda daha artıq məharət göstərdi. Elə bil, bu şeirin məzmununu düşünmüş idi:


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin